Icma.az
close
up
RU
“İnter” qaçdı, “Barsa” yaxaladı, qalib müəyyənləşmədi

“İnter” qaçdı, “Barsa” yaxaladı, qalib müəyyənləşmədi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

yarımfinal, ilk oyunlar
Barselona – İnter 3:3 (2:2)

Barselona (İspaniya): Şensnı, Kunde (E.Qarsiya, 42), Kubarsi (Kristensen, 83), İ.Martines, Martin (Arauxo, 46), De Yonq, Pedri (Qavi, 83), Yamal, Olmo (F.Lopes, 68), Rafinya, F.Torres.
İnter (Milan, İtaliya): Zommer, Dyumfris (Darmian, 81), Bissek, Açerbi, Bastoni, Dimarko (Auqusto, 56), Barella, Mxitaryan, Hakan Çalhanoğlu (Frattezi, 71), Türam (Zelinski, 81), L.Martines (Taremi, 46).
Qollar: Türam, 1 (0:1). Dyumfris, 21 (0:2). Yamal, 24 (1:2). F.Torres, 38 (2:2). Dyumfris, 64 (2:3). Zommer, 65-öz qapısına (3:3).
Vərəqələr: H.Çalhanoğlu, 59. Kubarsi, 70 – sarı.
Hakim: Kleman Turpen (Fransa).
30 aprel. Barselona. 50314 tamaşaçı.
Son vaxtlar həm nəticə qazanmaqda, həm də qol vurmaqda ciddi problemlər yaşayan “İnter” ilk baxışdan bu cütdə autsayder kimi görünürdü. Amma necə deyərlər, ÇL-in yarımfnalında autsayder olmur və Milan nəhəngi bu faktı bir daha təsdiqlədi.

İnzaqinin komandası matça fırtına kimi başladı. Türam artıq 31-ci saniyədə (!) gözəl daban zərbəsi ilə hesabı açdı. İşin ən maraqlı tərəfi odu ki, “İnter” buna qədər son 330 dəqiqədə qol vura bilməmişdi! Türam özü isə zədə üzündən son üç matçı buraxmalı olmuşdu. Bu qol meydan sahiblərini bir qədər şoka saldı. Komanda yavaş-yavaş özünə gəlməyə çalışırdı ki... hesab 0:2 oldu! Künc zərbəsi zamanı Açerbi hava mübarizəsindən qalib ayrılaraq topu Dyumfrisə tərəf atdı. İlk qolda hesabına məhsuldar ötürmə yazan niderlandlı futbolçu yaxın məsafədən gözəl “qayçı” zərbəsi ilə topu tora göndərdi. Ancaq iki topluq fərq çox davam etmədi. Öz cinahında əla təsir bağışlayan Yamal Messisayağı bir neçə futbolçunu başına yığandan sonra topu uzaq küncə göndərdi. Top dirəyə dəyərək Zommerin baxışları altında tora daxil oldu. Bu qol “Barsa”nı çox ruhlandırdı və ilk yarının qalan vaxtında oyun, demək olar, təkqapı getdi. “İnter”in müdafiəçiləri Yamalın qarşısını kəsməkdə çətinlıik çəkirdilər. 17 yaşlı futbolçu fenomenal istedada malik olduğunu göstərərək bu qarşılaşmada sanki bir qədər də yeni səviyyəyə çıxdı. Düzdü, o, komandasının vurduğu ikinci qolda iştirak etmədi. Pedrinin başladığı, Rafinyanın davam etdirdiyi hücumu Ferran Torres dəqiq tamamlayaraq hesabı bərabərləşdirdi. İlk yarıda bir epizodda Yamalın zərbəsindən sonra “İnter”i tir xilas etdi.
Çox geri çəkilməkdən bir şey çıxmayacağını anlayan “İnter” 2-ci hissəyə fəal başladı. Baxmayaraq ki, komandanın əsas qol silahı Martines zədələnərək fasilədə əvəzləndi. Bir epizodda Dimarko yaxın məsafədən topu qapının üzərindən vurdu. “Neradzurra”nın təzyiqi 64-cü dəqiqədə bəhrə verdi. Qonaqların dadına yenə künc zərbəsi çatdı. Hakan Çalhanoğlunun asmasında sonra Dyumfris başla fərqlənərək komandasının üçüncü, özünün ikinci qolunu vurdu. Maraqlıdı ki, 2025-ci ilə qədər peşakər karyerasında heç vaxt dubl etməyən 29 yaşlı futbolçu bu təqvim ilində artıq ikinci dəfə bunu bacardı! Yanvarın əvvəllərində o, kubokda “Atalanta” ilə oyunda (2:0) da komandasının hər iki qounun müəllifi olmuşdu. Amma “İnter”in sevinci yenə uzun sürmədi. “Barsa” faktiki cavab hücumundaca hesabı bərabərləşdirdi. Rafinyanın qüvvətli zərbəsindən sonra tirdən dönən top Zommerə dəyərək tora düşdü. Qalan müddətdə hər iki tərəfin fərqlənmək üçün fürsətləri oldu. Mxitaryanın vurduğu qol cüzi ofsayd üzündən qeydə alınmadısa, Yamalın gözəl aşırma zərbəsi zamanı “İnter”i yenə tir xilas etdi. Beləliklə, bu maraqlı və məhsuldar oyun daha çox İtaliya çempionuna sərf edən bərabərliklə yekunlaşdı. Amma təbii ki, “Barsa“nı siyahıdan silmək hələ çox tezdi. Bir məqam dəqiqdi ki, cavab oyununu səbirsizliklə gözləməyə dəyər.
Bombardirlər: Girassi (Borussiya D) – 13, Rafinya (Barselona) – 12, Levandovski (Barselona), Keyn (Bavariya) – 11.
Faktlar
* “Barselona” 2025-ci ildə keçirdiyi 29 rəsmi matçın yalnız birində uduzub (23 qələbə, 5 heç-heçə).
* “Barselona”nın evdə İtaliya təmsilçilərinə qarşı son 6 oyunda cəmi 1 qələbəsi var (4 heç-heçə, 1 məğlubiyyət).
* 17 yaş 291 günlüyündə meydana çıxan Yamal bir sıra rekordları yenilədi. O, “Barsa”da 100-cü rəsmi oyununu keçirdi və klub tarixində bu həddə ən tez çatan futbolçu oldu. Əvvəlki rekord Qaviyə (19 yaş 29 gün) məxsus idi. Yamalın bu 100 oyunda 22 qol, 33 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.
* Yamal ÇL tarixində yarımfinalda start heyətində meydana çıxan ən gənc ikinci futbolçudu. 2011-ci ildə “Mançester Yunayted”ə qarşı yarımfinalda Yulian Draksler “Şalke-04”ün heyətində 17 yaş 226 günlüyündə meydana çıxmışdı.
* Yamal ÇL tarixində yarımfinalda qol vuran ən gənc futbolçu oldu. Əvvəlki rekord 2017-ci ildə “Monako”nun heyətində “Yuventus”a 18 yaş 140 günlüyündə qol vuran Mbappeyə məxsus idi.
* Bu mövsüm Rafinya ÇL-də artıq 12 qol, 8 məhsuldar ötürməlik performansla 20 qolun vurulmasında yaxından iştirak edib. Rekordu yeniləmək üçün o, daha 2 qolun vurulmasında yaxından iştirak etməlidi. Rekord 2013/14-də “Real”da 21 məhsuldar hərəkətlə fərqlənən Kriştiano Ronaldoya məxsusdu.
* “Barselona” – “İnter” dueli son 25 ildə ÇL-in yarımfinalında ilk yarısı 4 qola səhnə olan ilk qarşılaşmadı. Sonuncu dəfə 2000-ci ildə “Valensiya” – “Barselona” (3:1) yarımfinalında ilk yarıda qapılara 4 top vurulmuşdu.
* “İnter” İnzaqinin başçılığı altında “Barsa”ya qarşı səfərdə keçirdiyi hər iki oyundan 3:3-lük bərabərliklə ayrılıb! 2022-də də ÇL-in qrupunda Kataloniyada keçirilən görüş də bu hesabla yekunlaşmışdı.
* Dyumfris “İnter”in heyətində ÇL-in yarımfinalında dubl edən ilk futbolçu kimi tarixə düşdü!
* “İnter”in İspaniya təmsilçilərinə qarşı səfərdə qələbə həsrəti 12 oyuna yüksəldi (4 heç-heçə, 8 məğlubiyyət).
* 31-ci saniyədə fərqlənən Türam ÇL tarixində yarımfinalda vurulan ən erkən qolun müəllifi oldu.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Təəssüf ki, oyuna yaxşı başlaya bilmədik və iki top buraxdıq. Sonradan vəziyyəti dəyişməyi bacardıq. İkinci hissə bizim üçün eniş-yoxuşlu keçdi. Futbolsevərlər üçün, sözsüz, çox maraqlı bir qarşılaşma alındı. Milanda qalib gəlməkdən başqa çarəmiz yoxdu. ÇL-in yarımfinalında heç vaxt asan olmur. Bu mərhələyə yalnız güclü klublar gəlib çatır. “İnter” təcrübəli və iddialı rəqib olduğunu göstərdi. Standart zərbələrdə fiziki güc baxımından üstünlükləri var idi və bundan yararlanmağı bacardılar. Cavab oyununda daha yaxşı müdafiə olunmağa çalışacağıq. Yamalın qolu bizim üçün ümid işığı oldu. O, müəkkəml və ondan gözlədiyimiz bir futbol sərgilədi. Böyük oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarır. Simeonenin belə futbolçunun 50 ildə bir dəfə doğulması ilə bağlı dediyi sözlərlə razıyam və yaxşı ki, o bizim komandada oynayır. Ümumilikdə komandamın çıxışından razı qaldım. Finala yüksələ biləcəyimizə inamı itirməməli və mübarizə aparmağa davam etməliyik. Bu mövsüm artıq bir dəfə belə vəziyyətə düşmüşdük. Kubokda “Atletiko”ya qarşı dueldə də evdə qalib gələ bilməmişdik. Amma səfərdə mərhələni adlamışdıq”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Oyuna gözlədiyimizdən də yaxşı başladıq. 2 topluq üstünlük yaxaladıq. Hələ də Mxitaryanın qolunun nə üçün sayılmadığını anlamıram. Bu epizod matçın qırılma anlarından biri oldu. Fikrimcə, “Barsa” hazırda dünyanın ən güclü klubudu. Amma biz belə bir rəqibə qarşı əla futbol sərgilədik. Hətta qalib gələ də bilərdik. Ona görə də özümüzlə fəxr edə bilkərik. Yamal? Son illərdə bu cür futbolçu görməmişdim. Belə oyunçular 50 ildə bir dəfə doğulur. O, sadəcə, fenomendi! Bizə çox ciddi problemlər yaratdı. Bəzi epizodlarda onun qarşısını heç iki futbolçu ilə də kəsə bilmirdik. Onun üstünə 3 futbolçu gedəndə isə digər zonalarda boşluqlar yaranırdı. Ona görə də irəli çıxa bilmirdik. Yaxşı ki, ikinci hissədə həm onun, həm də “Barsa”nın tempi bir qədər aşağı düşdü. Onlar da bu mövsüm bizim kimi çox oyun keçiriblər. Zədələr hələ də bizə mane olur. Türam 15 günlük fasilədən sonra yalnız oyundan bir gün öncə bizimlə məşqə çıxa bilmişdi. Taremi də zədədən yeni qayıtmışdı. Bu gün də Lautaro Martines zədələndi. O, çox yüklənmişdi. Son 8 matçın hamısında iştirak etmişdi. Ümid edirəm ki, cavab oyununda bizə yardım edə biləcək. Bizi yalqız qoymayan fanatlarımıza da təşəkkür edirəm. “Roma”ya üzücü məğlubiyyətdən sonra onların dəstəyinə çox ehtiyacımız var idi. Çərşənbə axşamı hər iki komanda üçün finala bərabər bir oyun olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see329

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see252

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see243

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see203

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see201

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see196

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see193

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see193

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see192

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see188

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see184

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see183

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see177

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see176

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see174

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see171

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see170

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see170

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see169

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri