Icma.az
close
up
RU
İnternet sahəsi üzrə təkmilləşmələrin həyata keçirilməsinə dair prioritetlər müzakirə olundu FOTO

İnternet sahəsi üzrə təkmilləşmələrin həyata keçirilməsinə dair prioritetlər müzakirə olundu FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Komissiya Katibliyinin rəhbəri, işçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il Yol Xəritəsi üzrə görülmüş işlərin müzakirəsi aparılıb və 2025-ci il üçün qarşıda duran vəzifələr müəyyən edilib.
 

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev açılış çıxışı edərək biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.


Eyni zamanda bildirib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı böyük rol oynayıb.
Eyni zamanda rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçirilmiş kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business ready“ hesabatının internet infrastrukturu ilə bağlı göstəricilərin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib.
V.Şıxəliyev bençmarklar əsasında internet infrastrukturunun diaqnostikasının aparıldığını və 2025-ci il üzrə təkmilləşdirilməli sahələrin müəyyən edildiyini diqqətə çatdırıb.
 

Bildirib ki, bugünkü iclasda əsas məqsədimiz 2025-ci il üzrə qarşıda duran vəzifələri müəyyənləşdirərək növbəti ilin Yol Xəritəsini təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm biznes mühitinə, həm də “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoruna müsbət təsir etsin.


Məlumat üçün bildirək ki, komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Yanvar 2025 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see141

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see125

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri