Icma.az
close
up
RU
İnternet yenə bahalaşacaq?

İnternet yenə bahalaşacaq?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin yenidən artırılması gündəmdədir.

Belə ki, 2024-cü ildə Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edildi.

Məhz abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət tətbiq edildi.

Hazırda bəzi ekspertlər internet tariflərində artım ehtimalının olduğunu bildirirlər. Belə ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür.

Maraqlıdır, internetin qiymətinin artması ehtimal nə dərəcədə realdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, hazırda müşahidə olunan logistik xərclərin və ərzaq qiymətlərində artım məhz internet tariflərinə heç bir aidiyyəti yoxdur: 

“İnternet xidməti təşkil edən şəxslər də istehlak bazarında baş verən proseslərdən təsirlənirlər. Ancaq onların məhsulunun maya dəyəri mövcud proseslərə bir təsiri yoxdur.

İnternet xidmətləri bazarı inhisardadır. Yəni burada hər hansı bir rəqabət yoxdur. Qərarlar da razılaşdırılmış şəkildə verilir. Burada bazar fəaliyyət göstərmədiyinə görə, vahid mərkəzdən verilmiş xidmətdir.

Qiymətləri də yəqin ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırırlar. Verilmiş qərarların verilməsi zamanı yalnız xərc nəzərə alınmır. Ona görə də qiymətlərlə bağlı məsələlərə ekspertlərin rəyləri sadəcə ehtimaldır.

İnternet resurlarını bazara çıxaran konkret iri müəssisələr, qurumlar var və onlar da fəaliyyətlərini koordinasiya edirlər. Aidiyyəti orqanlar da qərarlarını razılaşdırırlar. Bu baxımdam hansı qərar verəcəklərini müvafiq qurum cavablandırmalıdır”.    
Qeyd edək ki, internet tariflərində artımın olacağı ilə bağlı yayılan məlumatı dəqiqləşdirmək üçün bir neçə müvafiq qurumla əlaqə saxlasaq da onlar bu barədə məlumatlarının olmadığını və ya digər quruma müraciət edilməli olduğunu bildirdilər. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İnternet Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri