İnterpol iki azərbaycanlı qadını axtarır FOTO
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu günə qədər müxtəlif cinayətlərdə ittiham olunan 36 Azərbaycan vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onların arasında iki qadın da var. Qadınlardan biri insan alverində, digəri isə terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.
Gununesi.info Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan azərbaycanlıların ən gəncinin 34, ən yaşlısının isə 64 yaşı var.
Axtarışa verilən qadınlardan biri 38 yaşlı Ruhəngiz Orucovadır. Azərbaycanda anadan olan qadın insan alveri ittihamı ilə ölkəmiz tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar keçirməyə cəhddə ittiham olunur.
İnterpol xətti ilə axtarılan digər qadın isə 45 yaşlı Gövhər Ağaverdiyevadır. Azərbaycanda anadan olan qadının həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.
Gövhər Ağaverdiyeva iki maddə üzrə ittiham olunur. Bunlar terror təşkilatının fəaliyyətində iştirak etmək, eləcə də xarici dövlətin ərazisində həmin ölkənin federal qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində, dövlətin maraqlarına zidd məqsədlərlə iştirak etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Noyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















