Icma.az
close
up
RU
İnterpol “mühacir casuslar”ın həbsləri üçün hərəkətə keçir TƏHLİL

İnterpol “mühacir casuslar”ın həbsləri üçün hərəkətə keçir TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər kəs yaxşı əməllərinə görə mükafatını, pis nümunəsinə görə isə cəzasını alır. Bu baxımdan xaricdə oturub Azərbaycanın atributlarını təhqir edən, milli varlığımıza, dövlət maraqlarımıza təhqirlər səsləndirən xaricdəki ştatlı casuslardan olan Arif Məmmədov, Sevinc Osmanqızı, Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Orduxan Teymurxan və digərləri bir gün gizləndikləri ölkələrdə həbs edilərək Azərbaycana gətiriləcək və layiqli cəzalarını alacaqlar. Artıq onlara qarşı Azərbaycan məhkəmələri tərəfindən qiyabi hökm çıxarılıb. Sadəcə xarici ölkələrdə gizləndikləri üçün məhkəmə qərarlarının icrası hələ ki yubanır.

Bir qədər əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçən prosesdə onlara qiyabi hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədovun 14 il, digərlərinin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı verilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hazırda Almaniyada siçan deşiyini özünə yaşayış yeri seçərək, orada gizlənən Qabil Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə ilə bağlı ittihamedici hökm çıxarılıb. Digər vətən xaini Trol Sadıqlı 14 il qiyabi azadlıqdan məhrumetmə cəzasına layiq görülüb. Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, prokurorluğun rəsmi çağırışlarına gəlmədiyi üçün iş materialları qiyabi icraatda baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqlı verilmiş ittihamlarla təqsirli bilinib.

İnterpol Avropada əməliyyatlar keçirməyə hazırlaşır

Təbii ki, Azərbaycan qanunvericiliyində qiyabi məhkəmə prosesi qanunvericilikdə nəzərdə tutulmuş hüquqi mexanizmdir. Məhkəmə hökmü mütləq icra olunacaq. Baxmayaraq ki, cəzaya məhkum edilən şəxslər xarici ölkələrdə gizlənirlər. Onların gizləndikləri ölkələrdə saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi beynəlxaq hüququn tələbidir. Əks halda, Almaniya, Fransa və digər Avropa ölkələri, o cümlədən ABŞ beynəlxalq hüququ kobud şəkildə pozan dövlət kimi tanına bilərlər. Ona görə də, onların ekstradisiyası ilə bağlı lazımi bütün hüquqi addımlar atılacaq.

“Siyasi mühacir” adı altında Avropada məskunlaşan şəxslər kəşfiyyat orqanları tərəfindən himayə olunurlar. Ancaq beynəlxalq qanunlara qarşı çıxmaq kəşfiyyat orqanlarının da imkanı xaricindədir. Azərbaycan qanunvericiliyinə görə, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarında olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür. Beləliklə, müasir beynəlxalq insan hüquqları sistemi qiyabi icraatı hüquqi istisna kimi tanıyır. Azərbaycan CPM-nin 467 və 467-ci maddələrinə əsasən qiyabi icraat yalnız təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən qəsdən yayınarsa, Azərbaycan ərazisindən kənarda olduqda və ya axtarışda olduqda həyata keçirilə bilər. Qiyabi icraatın açılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə tərəfindən həyata keçirilir.

Qısaca onu qeyd etmək olar ki, xaricdəki “söyüş blogerləri” haqqında çıxarılan qiyabi hökmlər tam qanunauyğundur və beynəlxalq hüquqa əsaslanır. İnterpolun Azərbaycan hüquq –mühafizə orqanlarının təqdim etdiyi sənədlər əsasında söyüş söyən məxluqların hansı ölkədə gizlənmələrindən asılı olmayaraq saxlanmaları üçün tədbirlərini sürətləndirəcəyi şübhəsizdir. Daha doğrusu, artıq İnterpolun Fransa, Almaniya, Niderland büroları əməliyyatlar keçirməyi planlaşdırırlar. Bu əməliyyatlara xüsusi xidmət orqanları mane olmağa çalışırlar. Lakin onların cəhdləri uğursuzluğa düçar olacaq.

Məlumdur ki, Azərbaycan İnterpol xətti ilə İnterpolun Baş Katibliyinin məlumat bazalarına çıxış imkanına malikdir və real vaxtda məlumat mübadiləsi aparılır. Qanuna görə, əgər şəxs Azərbaycanda cinayət törədib və ölkəni tərk edibsə, istintaq orqanı DİN vasitəsilə İnterpol Mərkəzi Bürosuna müraciət edir; MMB həmin məlumatı İnterpolun Baş Katibliyinə göndərir; Baş Katiblik yoxlayıb “qırmızı bülleten” yayır; Digər ölkələr həmin şəxs aşkarlanarsa, onu müvəqqəti saxlayıb Azərbaycana məlumat verir. İnterpol qanunlarına görə, axtarışda olan şəxs xarici dövlətdə aşkarlanarsa, həmin ölkənin İnterpol Milli Bürosu onun barəsində məlumat verir. Əgər “qırmızı bülleten” mövcuddursa, həmin ölkə şəxsi müvəqqəti saxlaya bilər.Saxlanma barədə məlumat dərhal Azərbaycandakı MMB-yə ötürülür. Azərbaycan tərəfi Baş Prokurorluq vasitəsilə həmin ölkənin səlahiyyətli orqanına rəsmi ekstradisiya tələbi göndərir.

Bu tələbdə aşağıdakılar olur:

Şəxs barəsində ittiham və ya hökm;

Həbs qərarının surəti;

Cinayət hadisəsinin təsviri və hüquqi əsaslar;

Şəxsin şəxsiyyətini təsdiqləyən sənədlər.

İnterpol MMB bu sənədlərin operativ ötürülməsini və qarşı tərəflə əlaqəni təmin edir. Xarici dövlətin məhkəməsi və ya ədliyyə orqanı Azərbaycan tələbinə baxır. Bu zaman şəxsin əməlində cinayət əməli cinayət hesab edilirsə, və təslimetmə üçün hüquqi əsas varsa, o zaman həmin dövlət ekstradisiyaya razılıq verir.

Planlaşdırılan həbslərdən erməni lobbisi narahatdır

Bu arada erməni lobbisi də həbslərin reallaşmaması üçün cəhdlər göstərir. Hətta Avropa Erməni Hərəkatı satqın və xəyanətkar azərbaycanlı mühacir casusların həbslərinin qarşısını almaq üçün geniş fəaliyyətə başlayıb. Erməni lobbisinin Fransa, Almaniya, Niderland polisinə şirnikləndirici vədlər verdiyi, hətta Aram Ambasumyan adlı erməni sahibkar vasitəsi ilə maliyyə vəsaitləri ödənildiyi bildirilir.

Təbii ki, erməni lobbisinin fəallıq göstərməsi səbəbsiz deyil. Antimilli ünsürlər erməni lobbisi ilə eyni mövqedən çıxış edirlər. Tural Sadıqlı, Məhəmməd Mirzəli, qabil Məmmədov, Elşad Məmmədov və digərləri Xankəndidəki separatçıların neytrallaşdırılmasına qarşı atılan addımları “blokada” adlandırır, hadisələri erməni tezisləri kontekstində təqdim edirdilər. Onlar Avropa Parlamentinin Azərbaycan barədə qəbul etdikləri separatçı qətnamələri “öz xidmətlərini nəticəsi” kimi qəbul etmişdilər. Bununla yanaşı, M.Mirzəli mütəmadi olaraq erməni informasiya resurslarında Azərbaycana qarşı çıxışlar edir. Tural Sadıqlının isə Nürnberqdə erməni diasporunun ofisini dəfələrlə ziyarət etdiyinə dair məlumatlar var. 2023-cü ildə “söyüşçülərin” Berlində “Ermənilərin Mərkəzi Şurası”nın (Zentralrat der Armenier in Deutschland e.V. – ZAD) Qarabağdakı separatçıları dəstəkləyən aksiyasında iştirakı da əsas faktlardan biridir.

Xaricdəki “söyüş müxalifət”nin tərkibində erməni lobbisinin, Avropanın Frank Şveber kimi nasistlərin maraqlarını yerinə yetirən məxluqlarla yanaşı fars-molla rejiminin mənafeyindən çıxış edən ünsürlər də var. Onlar əsasən keçmiş “Müsəlman Birliyi Hərəkatı”nın Avropaya gedən üzvləridir. Berlində Kansler İdarəsinin önündə keçirilən son aksiyanın məhz Tehrandakı mollaların dəstəyi və maliyyəsi ilə baş tutduğuna dair məlumatlar mövcuddur. Bu aksiyanın “Müsəlman Birliyi Hərəkatı”nın Almaniyaya gedən üzvləri – Orxan Ağayev, Ələmdar Bünyadov və digərləri tərəfindən təşkil edilməsi, Tale Bağırzadənin isə onlara “xüsusi təşəkkür məktubu” ünvanlaması fars-molla rejimin izini açıq şəkildə göstərir. Bununla yanaşı Məhəmməd Mirzəli, Trol Sadıqlı tapşırıqlar əsasında fars-molla rejiminin maraqlarına xidmət edən ünsürlərə informasiya dəstəyi göstərirlər. Misal üçün, Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı törədilən zaman Tural Sadıqlı İranın mövqeyini müdafiə edir, dini-klerikal dairələrin tezislərindən çıxış edirdi.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Avropada “siyasi mühacir” adı altında yaşayan ünsürlər Azərbaycana qarşı xain planların icraçılarıdır. Onların həbs olunması və cəzalandırılması insanların istəyi və tələbidir. Çünki erməniyə, fars-molla rejiminə, nasistlərə xidmət etməklə “söyüş müxalifəti” özlərini alçaltmaqla yanaşı, azərbaycanlı adına qismən də olsa hörmətsizlik gətirmiş olurlar. Unutmaq olmaz azərbaycanlı olmaq böyük fəxarət, qürur mənbəyidir. O azərbaycanlılardır ki, türk-müsəlman tarixində ilk dəfə olaraq xristian dünyasının hərbi, siyasi, maliyyə cəhətdən dəstəklədiyi Ermənistanın dizini yerə gətirməklə, torpaqlarının işğaldan azad edilməsinə nail oldu.

İ.ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri