Icma.az
close
up
RU
“Interpol”un prezidenti: Ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır

“Interpol”un prezidenti: Ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekoloji cinayətlərə qarşı mübarizə çox vacibdir və bu sahədə birgə fəaliyyət dünyanın gələcəyini formalaşdıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Interpol”un prezidenti, BƏƏ-dən olan general-mayor Əhməd Naser Əl-Raisi COP29 çərçivəsində “Antropogen iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün maliyyə kəşfiyyatının imkanları” mövzusunda keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, qeyri-qanuni ağac kəsmə, mədənçıxarma, vəhşi təbiət alveri və çirklənmə kimi ekoloji cinayətlər təkcə ekosistemlərə deyil, həm də iqtisadiyyatlara və icmalara böyük ziyan vurur.

“Bu cinayətlər çox vaxt mütəşəkkil cinayətkarlıq, korrupsiya və hətta terrorizm kimi qlobal problemlərlə əlaqəlidir. Bu səbəbdən, onların qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq və koordinasiya vacibdir,” - deyə Əl-Raisi bildirib.

“Interpol”un prezidenti hesab edir ki, ekoloji cinayətlə mübarizə onun arxasında duran maliyyə mexanizmlərini ifşa etməklə başlayır: "Bu cinayətlər cinayətkar şəbəkələrə milyardlarla dollar gəlir gətirir və bu gəlirlər maliyyə sistemləri vasitəsilə gizlədilir. Pul axınlarının dayandırılması ekoloji cinayətlərə qarşı mübarizədə əsas addımdır”.

Əl-Raisi həmçinin qeyd edib ki, “İnterpol” qlobal səviyyədə kəşfiyyat məlumatlarının paylaşılması, əməliyyatların koordinasiyası və hüquq-mühafizə orqanlarına müasir alətlərin təqdim olunması ilə ölkələrə dəstək verir.

“Interpol”un rəhbəri maliyyə cinayətlərinə qarşı tədbirləri sadalayarkən, bildirib ki, Maliyyə Cinayətləri və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi çirkli pulların yuyulması, korrupsiya və dələduzluq kimi cinayətlərə diqqət ayırır: "Biz, cinayət şəbəkələrinin bağlanması və oğurlanmış aktivlərin geri qaytarılması üçün transsərhəd əməliyyatlara rəhbərlik edirik. Bununla yanaşı, "İnterpol" cinayətlər, şübhəlilər və oğurlanmış aktivlər haqqında məlumat mübadiləsi üçün məlumat bazaları təqdim edir. Bildirişlər verməklə biz hüquq-mühafizə orqanlarına cinayətkarları izləməyə və cinayət meylləri haqqında məlumat əldə etməyə kömək edirik. Rəqəmsal fırıldaqçılıq və kriptovalyutalarla bağlı təhqiqatlar üçün müstəntiqlərin və polislərin təlimini təşkil edirik. Ən yaxşı təcrübələri bölüşməklə və maarifləndirici kampaniyalar keçirməklə biz cinayətkarların bir addım önündə olmağa çalışırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see132

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri