Icma.az
close
up
RU
Şagirdlər sadə sözlərin sinonimlərini tapa bilmir Ekspertdən Azərbaycan dili fənni ilə bağlı TƏKLİF

Şagirdlər sadə sözlərin sinonimlərini tapa bilmir Ekspertdən Azərbaycan dili fənni ilə bağlı TƏKLİF

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, dünyanın inkişaf etmiş ölkələri öz dillərinin təbliği və geniş istifadəsi istiqamətində ciddi addımlar atırlar. Hesab edirəm ki, cənab nazirin də mövqeyi bu yanaşma ilə uzlaşır və biz də bu istiqamətdə lazımi tədbirlər görürük. Öz dilimizin həm ölkə daxilində, həm də xaricdə daha geniş yayılması mütləqdir".

Bu fikirləri Redaktor.az-a təhsil mütəxəssisi Ramin Nurəliyev elm və təhsil naziri Emin Əmrullayevin tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılması fikrindən danışarkən bildirdi.

"Məsələn, Almaniyada alman dili bilikləri tələbələrə ali təhsil müəssisələrində ödənişsiz oxumaq imkanı yaradır. ABŞ və İngiltərədə IELTS və SAT nəticələrinə görə müəyyən güzəştlər tətbiq olunur. Düşünürəm ki, Azərbaycanda da Azərbaycan dilinin dövlət tərəfindən daha geniş şəkildə dəstəklənməsi, dilimizin təkcə ölkə daxilində deyil, müxtəlif ölkələrdə də yayılması üçün tədbirlərin gücləndirilməsi vacibdir. Çünki öz dilimizi dünyaya təqdim etmək üçün ilk növbədə onu özümüz daha dərindən bilməli və təbliğ etməliyik. Hazırda Azərbaycan dili ilə bağlı dövlət tərəfindən bir sıra addımlar atılır və bunlar davam etdirilməlidir. Bu addımlardan biri ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qruplarında Azərbaycan dili fənninin məcburi olmasıdır".

Müsahibimiz təklif edir ki, xarici tələbələr əgər tədris Azərbaycan dilində olan ixtisası seçirlərsə, mütləq Azərbaycan dilindən imtahan verməlidirlər:

"Eyni qayda Azərbaycan məktəblərinin başqa dillərdə tədris olunan bölmələrini bitirən, o cümlədən rus bölməsi və müxtəlif xarici liseylərin məzunlarına da şamil edilir. Onlar ali təhsilə qəbul üçün mütləq dövlət dili imtahanı verməlidirlər. Bütün bunlar Azərbaycan dilinin təhsil sistemindəki rolunun nə qədər vacib olduğunu göstərir. Şagirdlərimizin Azərbaycan dilində danışıq qabiliyyətində, xüsusilə də söz ehtiyatında problemlərin olması isə ayrıca diqqət tələb edir. Bir çox şagird sadə sözlərin sinonimlərini tapmaqda çətinlik çəkir və tez-tez rus və ya ingilis dilinə müraciət edir. Bunun nəticəsində ana dilində danışarkən xarici dillərdən alınma ifadələrdən istifadə etmək məcburiyyəti yaranır. Bu problemi həll etmək üçün orta məktəblərdə Azərbaycan dili fənninə ayrılan dərs saatlarının artırılması, eyni zamanda bədii ədəbiyyata daha çox üstünlük verilməsi çox vacibdir. Çünki söz ehtiyatı məhz bədii ədəbiyyat vasitəsilə daha effektiv formalaşır".

Ekspertin fikrincə, son zamanlar şagirdlərdə natiqlik qabiliyyətinin də kifayət qədər zəif olduğu müşahidə olunur.

"Bir çoxu natiqlik sənətinin nə olduğunu belə bilmir və ana dilində düzgün, ifadəli, üslub baxımından səlis danışmaqda çətinlik çəkir. Bu səbəbdən məktəblərdə nitq mədəniyyəti, danışıq üslubları və üslubiyyata riayət olunması kimi mövzuların daha dərindən tədrisi vacibdir. Azərbaycan dilinin qrammatikası ilə yanaşı, nitq bacarıqlarına və bədii ədəbiyyata üstünlük verilməsi mütləqdir.

Mən bu siyasəti tam dəstəkləyirəm. Çünki ana dilinin qorunması, inkişaf etdirilməsi və təbliği hər bir azərbaycanlı üçün vacibdir. Azərbaycan dilinin tədrisinə ayrılan saatların artırılması, şagirdlərin dilə marağının yüksəldilməsi, müxtəlif müsabiqələrin keçirilməsi, bütün bunlar son dərəcə önəmlidir. “Ana dilimizi sevək-sevdirdək” və ya “Ana dili müsabiqəsi” kimi genişmiqyaslı yarışmalar təşkil olunsa, həm dilə maraq artar, həm də iştirakçılar üçün qoyulan mükafatlar bu prosesi daha da stimullaşdırar. Bu cür təşəbbüslər Azərbaycan dilinə böyük müsbət təsir göstərər və dilin təbliğinə ciddi töhfə verər. Mən bütün bu təkliflərin tərəfdarıyam və onların genişləndirilməsini tam şəkildə dəstəkləyirəm", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri