Icma.az
close
up
RU
Rusiya öz marağına uyğun layihələrə maliyyə ayıracaq, Azərbaycan QHT ləri ölkəmizin maraqlarına öncəlik verməlidir

Rusiya öz marağına uyğun layihələrə maliyyə ayıracaq, Azərbaycan QHT ləri ölkəmizin maraqlarına öncəlik verməlidir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Dekabrın 9-da Rusiya prezidenti Vladimir Putin beynəlxalq layihələr fondunun yaradılmasına dair bir sərəncam imzalayıb. Maraqlıdır ki, yerli mətbuat bu sərəncamın Azərbaycanla bağlı olduğuna dair məlumat yayıb. Bu kimi məlumatların yayılması, sözün əsl mənasında fikirləri yayındırır… Bəs əslində bu sərəncamın Azərbaycana təsiri nədən ibarətdir?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada artıq uzun müddətdir “Prezident qrantları fondu” deyilən bir təsisat fəaliyyət göstərir, həmin fondun xətti ilə Rusiya ərazisində müxtəlif istiqamətdə olan layihələrin maliyyələşdirilməsi baş verir. Əsasən də sosial, humanitar, mədəni istiqamətlərdə olan bu layihələr daha çox Rusiyanın qeyri kommersiya, qeyri-hökumət təşkilatlarına irəli sürülən təkliflərin dəstəklənməsi məqsədilə ayrılır və nəticə etibarilə yalnız söhbət Rusiya ərazisində qeydiyyatda olan həmin qeyri hökumət təşkilatları “Prezident qrantları fondunun” fəaliyyətindən yararlana bilirdilər. Fond da dəstək göstərdikdə, onlar Rusiya ərazisində, əsasən də Rusiya ərazisində bu və ya digər istiqamətlərdə layihələrin həyata keçirilməsinə nail olurdular. Bu gün Rusiya faktiki olaraq “Prezident qrantları fondunun” fəaliyyətini genişləndirir və burada beynəlxalq komponenti daxil edir. Bu, beynəlxalq komponent də, yəni beynəlxalq layihələrin dəstəklənməsi kontekstində baş verəcək. Belə ki, “Prezident Qrantları Fondu” tərəfindən həm də ölkənin hüdudlarından kənarda icra olunan fəaliyyətlərin dəstəklənməsinə yönələcəkdir.

Azər Allahverənov

“Bu, təzə yaradılmış bir istiqamətdir və fondun fəaliyyətinin təşkil olunması indən belə qəbul ediləcək qərarlar əsasında olacaq. Burada əsasən xarici dövlətlərin ərazilərində sosial inkişaf sahəsində proqram və layihələrin hazırlanması, səhiyyə, mədəniyyət, incəsənət, elm, təhsil, maarifçilik, tarixi yaddaşın qorunması, bədən tərbiyəsi, idman, turizm, ekologiya, qeyri-hökumət təşkilatlarının inkişafı, xeyriyyəçilik və könüllülük sahələrində proqram və layihələrin hazırlanması və onların həyata keçirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri ehtiva edir.

Bununla yanaşı, proqram və layihələrə hərtərəfli dəstəyin göstərilməsi, monitorinq və müxtəlif nəticələrin qiymətləndirilməsi, eyni zamanda humanitar, ekoloji, mədəni və digər sahələrdə beynəlxalq proqram və layihələrin hazırlanması və həyata keçirilməsi, bu müstəvidə də beynəlxalq əməkdaşlıqda iştirak kimi məsələlər həmin fondun fəaliyyət istiqamətlərini əhatə etmiş olur. Eyni zamanda, həmin fondun xətti ilə ehtiyacı olan şəxlərə də göstərilməsi nəzərdə tutulur ki, bu da bilavasitə Fondun həm də prioritetləri sırasında yer alıb”-deyən deputat qeyd edib ki, bütün bunlar fərmanda yer alan müddəalardır.

Fərmanın Azərbaycanla bağlı tərəfi nədir?

Azər Allahverənov bildirib ki, burada yanaşmadan asılı olan məsələlər var: “İstənilən halda bəlli məsələdir ki, hansısa bir ölkə başqa bir ölkənin ərazisində layihələr həyata keçirirsə və bunun üçün öz fondları hesabına vəsait də ayırırsa, həmin dövlət çalışır, başqa bir dövlətin ərazisində yumşaq güc elementindən istifadə etsin. Yumşaq gücdən istifadə etmək dünyada qəbul olunmuş bir praktikadır.

Kim tərəfindən irəli sürüləcək layihələr dəstəklənəcək? Bu məsələ bir qədər qaranlıq qalır. Yəni bir var Rusiya Federasiyasının ərazisində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qeyri hökumət təşkilatları olsun ki, onlar həmin fonddan bir qrant götürür və onu ölkənin hüdudlarından kənarda həyata keçirirlər. Bir də var ki, konkret olaraq digər başqa bir ölkənin ərazisində qeydiyyata alınmış qeyri hökumət təşkilatı Rusiyadakı fonda müraciət edir və oradan qrant udur. Bu da bir ikinci yanaşmadır”.

Deputatın fikrincə, böyük ehtimalla hər iki variant nəzərdə tutula bilər, amma sadəcə Rusiya ərazisində qeydiyyata alınmış QHT-lərin xaricdə həyata keçirdiyi layihələrə də üstünlük verilə bilər.

Azər Allahverənov bildirib ki, Azərbaycanda da buna bənzər nümunələr var: “Misal üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə icra olunan bəzi layihələr var ki, o, ölkənin hüdudlarından kənarda beynəlxalq layihələr formatında icra olunur. Bununla yanaşı, Azərbaycanda agentlik xətti ilə elan olunan müsabiqələrdə hətta xarici deməli QHT-lər də bizim yerli QHT-lərlə birgə tərəfdaşlıq əsasında hər hansısa bir layihəyə müraciət edə bilirlər. Layihələr dəstəkləndikdən sonra, məhz xarici qeyri hökumət təşkilatının iştirakı ilə həmin bu layihələr həyata keçirilir. Burada əsas prinsip bundan ibarətdir ki, həmin layihələr ölkənin milli maraqlarına cavab versin. Bu yanaşma bəllidir və tam doğru olan bir yanaşmadır. İndi ehtimal edə bilərik ki, Rusiya Federasiyası da bu tip fondu yaratmaqla, yumşaq güc elementindən istifadə edərək özünün maraqlarına cavab verə biləcək layihələri dəstəkləmiş olsun. Ya xaricdə yerli Rusiya QHT tərəfindən icra olunan fəaliyyətlər qismində, ya da ki, xaricdə fəaliyyət göstərən QHT tərəfindən təqdim olunan layihəni dəstəkləyə bilər. Hər iki halda istənilən yanaşma məhz bu layihələr ölkənin milli maraqlarına cavab verəcək layihələr olacaq. Yəni bu, təxmin olunan məsələdir”.

Azər Allahverənov qeyd edib ki, bu məsələ bir çox dövlətlər üçün aktualdır: “Burada birgə əməkdaşlıq çərçivəsində ortaq maraqları kəsb edən mövzuların birgə icrası baş verə bilər. Bu da həm Rusiyanın maraqlarına, həm də digər ölkəni təmsil edən QHT-lərin fəaliyyətinə uyğun və həmin ölkənin maraqlarına cavab verəcək tərzdə ola bilər. Bu da o deməkdir ki, istənilən halda Rusiya prezidenti bu tipli fəaliyyətlər vasitəsilə özünün təsir dairəsini və coğrafiyasını genişləndirir. Əvvəllər bu, hansısa müxtəlif proqramlar vasitəsilə dəstəklənən bir fəaliyyət idisə, indi konkret olaraq bir fond yaradılır. Fond varsa, burada hədəfli şəkildə fondda akkumlyasiya olunan vəsaitlər var. Vəsaitlərin xərclənməsi və o cümlədən də, vəsait xərclənən vəsaitlər üzərində dövlət nəzarətinin tətbiq olunması konseptual əsaslarla həyata keçiriləcək. Bundan sonra atılacaq addımlar həmin fondun fəaliyyətinin tənzimlənməsinə yönələcək addımlar olacaq. Bu gün ümumi vəziyyət belədir.

Azərbaycana nə kimi təsirlər dedikdə, burada təbii ki, bir əməkdaşlıq spektrinin nədən ibarət olacağı və hansı format əsasında həyata keçiriləcəyi hələ məlum deyil. İstənilən halda, əgər bu kimi fəaliyyətlər Azərbaycan QHT-lərinin iştirakı ilə həyata keçiriləcəksə, bu, Azərbaycanın milli maraqlarına cavab verəcək və bütövlükdə regionda inkişafın daha dayanıqlı əsaslarla təmin olunmasına xidmət edə biləcək bir layihələr olacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see127

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see124

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri