Icma.az
close
up
RU
İntim videoları yayanlar bu cəzanı alacaq Vəkil AÇIQLADI

İntim videoları yayanlar bu cəzanı alacaq Vəkil AÇIQLADI

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə ictimaiyyət arasında iyrənc və təhlükəli bir tendensiya hökm sürür: insanların - tanınmış və ya sıravi fərq etməz, intim videoları çəkilir və yayılır. Bu görüntülər insanlar arasında əldən-ələ gəzir, günlərlə müzakirə olunur. Kimlərsə linç olunur, alçaldılır, psixoloji və mənəvi olaraq darmadağın edilir.

Ancaq alt-üst olan yalnız bir fərdin həyatı deyil. Bu, bütöv cəmiyyətin təməllərinə vurulan ən böyük zərbədir. Bu videoların yayılması bizim milli kimliyimizi, dini və mənəvi dəyərlərimizi də çökdürür. Ailə namusu, abır-həya anlayışı, şəxsi həyata hörmət bizim dəyərlərimizin əsasını təşkil edir. Bu cür hadisələrin yayılması bu dəyərləri sarsıdır, ailələrdə inamı öldürür, gənclərin düşüncəsini pozur, cəmiyyətdə pozğunluğa zəmin yaradır. Ən acınacaqlı vəziyyət odur ki, bu videoları yayanlar çox zaman cəzasız qalır.

Biz günahkarı həmin görüntülərdə axtarırıq, bəs əsl cinayətkar - bu görüntüləri çəkib yayanlar, paylaşanlar haradadır? Niyə azadlıqdadırlar?

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bunlar şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır:

“Ümumiyyətlə, ictimai şəxslər, o cümlədən məşhur şəxslər ictimai fiqur olduqları üçün bu şəxslər cəmiyyət üçün kifayət qədər maraqlı adamlardır və onlar barədə hər hansı bir məlumat yayıldığı anda sürətlə diqqət çəkir. İnsanlar belə şəxslərin həyatı və fəaliyyəti barədə daim maraqlıdırlar. Lakin həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası ictimai fiqur olmaqlarına baxmayaraq, onların da şəxsi həyat toxunulmazlığını qoruyur. Həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası şəxsi həyat dedikdə bir sıra münasibətləri nəzərdə tutur. Buraya şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və yazışmaların gizliliyi daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ var və şəxsi, ailə həyatının sirrinin qorunması təmin edilir.

Eyni zamanda şəxsin razılığı olmadan onun barəsində hər hansı məlumatın toplanması, ötürülməsi və ya yayılması yolverilməzdir. Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində də təsbit olunub. Şəxsin razılığı olmadan aparılan foto və ya video çəkilişlərin yayılması şəxsi həyata müdaxilə hesab olunur və qanunvericilik çərçivəsində məsuliyyət yaradır”.

Vəkil qeyd edib ki, bu halda şəxsin müraciəti əsasında prokurorluq tərəfindən araşdırma aparıla bilər və eyni zamanda məsələ məhkəmə qaydasında da araşdırıla bilər:

“Şikayət əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi üzrə tərtib olunur. Belə ki, həmin maddəyə əsasən, şəxsi və ailə sirrini təşkil edən məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, foto və ya video materialların toplanması, başqasına verilməsi, hətta qanunsuz şəkildə saxlanması belə cinayət tərkibi yaradır və buna görə 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və ya bir ilə qədər islah işləri ilə cəzalandırma nəzərdə tutulur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri