Icma.az
close
up
RU
Məktəblilərin görüntülərini istəyənlər və yayanlar bu cəzanı alacaq AÇIQLAMA

Məktəblilərin görüntülərini istəyənlər və yayanlar bu cəzanı alacaq AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Məsələ uşaq pornografiyasının dövriyyəsi ilə bağlıdır və bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Həmin maddəyə əsasən, uşaq pornografiyasını yaymaq, reklam etmək, satmaq, başqasına vermək, göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, eləcə də onu hazırlamaq, əldə etmək və saxlamaq 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. 
Vəkil bildirib ki, bu əməllər təkrar törədilərsə, külli miqdarda gəlir əldə etmək məqsədilə həyata keçirilərsə, yaxud qabaqcadan əlbir olan bir qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilərsə, bu, artıq ağırlaşdırıcı hal sayılır:
"Bu halda, cəza daha sərt olur.
Xüsusilə 14 yaşına çatmayan şəxslərlə bağlı hallar isə daha ağır qiymətləndirilir və bu zaman cinayət törədən şəxs 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Qanunvericilikdə uşaq pornografiyasının tərifi də açıq şəkildə göstərilib. 
Burada söhbət yetkinlik yaşına çatmayan şəxsin və ya onun təsəvvürünü yaradan şəxsin açıq seksual xarakterli hərəkətlərdə, real və ya simulyasiya edilmiş formada iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə həmin şəxsin cinsi orqanlarını göstərən hər hansı material və ya təsvirlərdən gedir.
Yəni, sadə dildə desək, yetkinlik yaşına çatmayan şəxsi açıq şəkildə seksual kontekstdə göstərən istənilən şəkil, video, təsvir və ya digər material uşaq pornografiyası sayılır. Bu, qanunla ağır cinayət hesab olunur və ciddi cəza nəzərdə tutulur".
Qeyd edək ki, bir neçə gün öncə məktəbli yaşda uşaqların pornoqrafik videoları yayılıb. Sosial şəbəkələrdə həmin videonu yaymaq istəyən şəxslər tənqidə məruz qalıblar.
Əfsanə Kamal
Demomrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri