İnzibati xətaya görə təyin edilmiş bal hansı müddətə qüvvədə olur? BDYPİ cavablandırır
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” maarifləndirici rubrikasında sosial şəbəkələrdə ən çox ünvanlanan növbəti sual cavablandırılıb.
Bu barədə Gununsesi.info-ya BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, bu dəfə “İnzibati xətaya görə təyin edilmiş bal hansı müddətə qüvvədə olur?” sualı cavablandırılıb.
Vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinin tələbinə əsasən, inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiqetmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
Qeyd edək ki, rubrikanın məqsədi hərəkət iştirakçılarının yol hərəkəti qaydaları haqqında biliklərini artırmaqdır. Burada vətəndaşlardan gələn suallar əsasında mövzular seçilir, cavablar isə mövcud qaydalar və normativ-hüquqi aktlar çərçivəsində təqdim olunur.
BDYPİ hər bir hərəkət iştirakçısını qaydalara riayət etməyə, özünün və başqalarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















