İordaniya kralı Netanyahu ilə görüşdən imtina etdi − “Kan”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İsrail Baş naziri Benyamin Netanyahu İordaniya Kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi görüşdən imtina edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya kanalı olan “Kan” məlumat yayıb.
Kanalın İsrail və İordaniyadan olan mənbələrinə görə, Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammana müraciət edib.
Qeyd edilib ki, görüşün məqsədi ABŞ-yə İsrail və İordaniyanın, xüsusən də Qəzzada atəşkəsdən sonra yaxşı münasibətdə olduğunu çatdırmaq idi:
“Bu tələbə cavab olaraq Haşimilər Krallığı bir sıra məsələlərə, o cümlədən Fələstin dövlətinin yaradılması perspektivlərinə, fələstinlilərin Qəzza zolağından çıxarılmasının qarşısının alınmasına, Qüdsdəki Əl-Əqsa məscidinə ibadət edənlərin girişinin təmin edilməsinə və İordan çayının qərb sahilində yəhudilər tərəfindən törədilən zorakılıq məsələsinə aydınlıq gətirilməsini tələb edib.
İsraildən alınan cavablar İordaniya tərəfini qane etməyib və Netanyahuya kralla görüşmək kimi siyasi nailiyyət vermək istəyinin olmadığı və İsraillə gələcək əlaqələrin pərdəarxası təhlükəsizlik kanalları vasitəsilə təmin edilə biləcəyi qərara alınıb”.
Bu mövzuda digər xəbərlər:Kan: Netanyahu hökuməti İran razılaşması barədə məlumatlandırır
24 İyun 2025 14:03
“Kan”: Netanyahu Putindən İsrailin mövqeyini İrana çatdırmasını istəyib
06 Yanvar 2026 15:28
Livan Prezidenti Netanyahu ilə görüşdən imtina etdi
08 May 2026 10:37
İordaniya kralı Qazaxıstanda
26 Avqust 2025 20:39
Ərdoğan İordaniya Kralı ilə görüşdü
07 Fevral 2026 20:04
Baxış sayı:126
Bu xəbər 31 Mart 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















