İordaniya kralı Paşinyanla Azərbaycan Ermənistan razılaşmalarını müzakirə edib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İordaniya Kralı II Abdullah ibn Əl Hüseyn Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
“İordaniya Kralı bu il avqustun 8-də Vaşinqtonda keçirilən danışıqlar nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə baş naziri təbrik edib və bu prosesi dəstəklədiyini bildirib”, - o deyib.
Öz növbəsində Paşinyan təbrikə görə II Abdullaha təşəkkür edib və əldə olunan razılaşmaların bütün region üçün böyük fayda verəcəyinə əminliyini bildirib.
Onlar İordaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələsini də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















