Icma.az
close
up
RU
Azərbaycan sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə imzalamaq istəyir

Azərbaycan sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə imzalamaq istəyir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda Cənubi Qafqaz regionunda uzunmüddətli və stabil əməkdaşlığın formalaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edən platforma xarakteri daşıyan "3+3" formatı həm regionun 3 dövləti - Azərbaycan, Gürcüstan və Ermənistan, həm də regiona qonşu olan 3 dövlət - Türkiyə, Rusiya və İran üçün böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, bugün Mərkəzi Asiyadan gələn yüklərin həcmində olan artım, energetika məsələləri, o cümlədən davam edən siyasi proseslər 6 dövlətin bir platformada fəaliyyət göstərməsinə böyük təkan verir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin "3+3" formatında keçiriləcək görüşün Azərbaycan və Ermənistan ərazisində keçirilməsinə dair etdiyi təklifdən danışarkən bildirdi.

"Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son açıqlamasında “3+3” regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin növbəti görüşünün Azərbaycan və ya Ermənistanda keçiriləcəyini bildirir. Eyni zamanda onun çıxışından belə aydın olur ki, nazirlərin görüşü Azərbaycan və Ermənistanda ardıcıllıqla keçirilə bilər. Yəni planlaşdırılan növbəti və bir sonrakı görüş iki ölkədə baş tutacaqdır. Əvvəlcə onu qeyd edək ki, görüşlərin təşkili ilə bağlı hələ ki, nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi açıqlama yoxdur. Dolaysıyla haqqında danışdığımız hələlik ssenari əsaslıdır. Platforma çərçivəsində xarici işlər nazirləri görüşünün ardıcıl olaraq, Azərbaycan və Ermənistanda keçirilməsinin bir sıra səbəbləri ola bilər".

Siyasi şərhçi qeyd etdi ki, bu gün Azərbaycan və Ermənistan uzunmüddətli sülhün təmin olunmasının bir addımlığındadır.

"Vaşinqton görüşündə sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olması uzun müddət davam edən münaqişə vəziyyətinin sülh dövrü ilə əvəzlənməsinə səbəb olacağı gözləniləndir. Təbii ki, heç bir əlavə təhdid və ya iddia formalaşdırılmasa. Sadəcə bu gün Azərbaycan sülh müqaviləsini Baş nazir Paşinyanla yox, birbaşa Ermənistan dövləti ilə imzalamaq istəyir. Başqa sözlə desək, müqavilə mətninin yekun imzalanması üçün Ermənistanın qanunvericiliyinin buna uyğunlaşdırılması zəruridir. Yalnız bu halda müqavilə ratifikasiya olunaraq Ermənistanın dövlət sənədinə çevrilə bilər. Görünür ki, Rusiya tərəfinin platforma görüşlərinin ardıcıl olaraq Azərbaycan və Ermənistanda keçirilməsini xüsusi istəməsi də, məhz Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlıdır. Düzdür, sülh müqaviləsi mətninin paraflanmasına, vətəndaş cəmiyyəti nümayəndələri və millət vəkilləri səviyyəsində Ermənistana səfərlər baş tutmasına baxmayaraq, XİN rəhbərlərinin qarşılıqlı səfərləri indiyədək baş tutmayıb. Yeri gəlmişkən 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq bu gün Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edir. Buradan belə qənaətə gələ bilirik ki, dolaysıyla Rusiya tərəfi bu istəyinin reallaşdırıması ilə XİN rəhbərlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinə təkan verməyi hədəfləyir. Bu da daha çox gözlənilən yekun və uzunmüddətli sülhün əldə olunmasında Rusiyanın da proses iştirakçılığı, başqa sözlə qatqısı olması istəyi ilə bağlıdır", - deyə Ü.Mutafayev vurğuladı.

Müsahibimiz əlavə etdi ki, “3+3” formatı regional əməkdaşlığı və xüsusi olaraq da, iqtisadiyyat və nəqliyyat məsələlərini özündə əhatə edir:

"Azərbaycandan Azərbaycana maneəsiz keçid adlandırdığımız Zəngəzur dəhlizinin böyük iqtisadi potensialı və bu dəhlizin açılması məsələsinin yalnız Azərbaycan və Ermənistan arasında razılaşma əsaslı olması da XİN rəhbərlərinin görüşünün məhz Azərbaycan və Ermənistana salınmasının başqa bir səbəbi ola bilər".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri