Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

iPhone 16 Pro yoxsa iPhone 15 Pro?

iPhone 16 Pro yoxsa iPhone 15 Pro?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Apple hər il yeni iPhone modellərini təqdim edərək texnologiya bazarını canlandırmağa davam edir. Ötən il də istisna olmadı və hamının maraqla gözlədiyi iPhone 16 Pro rəsmi şəkildə tanıdıldı. iPhone 15 Pro və iPhone 16 Pro qiyməti və çoxsaylı texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənir ki, bu da öz növbəsində istifadəçilərin seçiminə təsir göstərir. İPhone 16 Pro daha yeni və inkişaf etmiş xüsusiyyətlər təqdim etsə də, İPhone 15 Pro hələ də yüksək performans və mükəmməl kamera təcrübəsi ilə diqqət çəkir. Bu məqalədə, hər iki modelin fərqlərini və oxşar cəhətlərini nəzərdən keçirəcəyik.

Ekran müqayisəsi

iPhone 16 Pro, 6.3 düymlük böyük və keyfiyyətli OLED ekranı ilə əvvəlki modellərdən daha geniş görüntü imkanı verir. 120 Hz yeniləmə tezliyi sayəsində animasiyalar, oyunlar və tətbiqlər çox axıcı işləyir.  Daha böyük ekran ölçüsünə malik smartfon istəyən şəxslər 6.9 düym ekran ölçüsünə malik iPhone 16 Pro Max da seçə bilər. iPhone 16 Pro Max qiyməti və bəzi təxniki xüsusiyyətləri ilə digər 2 modeldən fərqlənməkdədir.

iPhone 15 Pro isə 6.1 düymlük ekranı, 120 Hz yeniləmə tezliyi və HDR10, Dolby Vision kimi texnologiyalarla yüksək görüntü keyfiyyəti təqdim edir. 1179 x 2556 piksel görüntü dəqiqliyi və 2.000 nit parlaqlığı ilə bu model də kifayət qədər yaxşıdır. Amma iPhone 16 Pro-nun daha böyük ekranı filmlər, oyunlar və multimedia üçün daha rahat və keyfiyyətli görüntü verir.

Hər iki modeldə düşmələrə və cızıqlara qarşı daha davamlı olan Ceramic Shield ön şüşəsi var. Ekrandakı rənglərin mühitə uyğun tənzimlənməsi üçün True Tone texnologiyası da mövcuddur. Daha böyük və geniş görüntü istəyənlər üçün iPhone 16 Pro ideal seçimdir.

Performans və təchizat

iPhone 16 Pro-nun ən böyük yeniliklərindən biri yeni A18 Pro çipidir. Bu prosessor daha güclü və sürətli olmaqla yanaşı, enerjiyə də qənaət edir. Apple-a görə, A18 Pro əvvəlki A17 Pro-dan daha yaxşı performans və qrafika təqdim edir. Həmçinin, 16 nüvəli neyron mühərriki süni intellekt və maşın öyrənməsi ilə bağlı tapşırıqları daha effektiv yerinə yetirir.

iPhone 15 Pro isə A17 Pro çipi ilə təchiz edilib və hələ də bazardakı ən güclü prosessorlardan biri sayılır. 8 GB RAM ilə birlikdə bu model gündəlik istifadədə sürətli işləyir və 3D oyunlar, qrafik gücü tələb edən tətbiqləri rahat idarə edə bilir. Ancaq iPhone 16 Pro daha uzunmüddətli istifadə və gələcək yeniləmələr üçün daha güclü seçim hesab edilə bilər.

Hər iki modeldə USB-C portu var ki, bu da daha sürətli şarj və məlumat ötürülməsi imkanı yaradır. Bu yenilik əvvəlki modellərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.

Kamera imkanları

iPhone 16 Pro-da həm əsas, həm də ultra geniş bucaqlı kameralar 48 MP-dir. Bu, xüsusilə mənzərə şəkillərində və geniş çərçivəli çəkilişlərdə daha çox detalları göstərməyə imkan verir. Video çəkilişində isə iPhone 16 Pro 4K keyfiyyətində 120 FPS sürətini dəstəkləyir. Bu da sürətli səhnələr və dinamik görüntülər üçün daha axıcı videolar deməkdir.

iPhone 15 Pro da 48 MP əsas kameraya malikdir və keyfiyyətli fotolar çəkir. 4K 60 FPS video çəkilişi, LiDAR skaneri və peşəkar çəkiliş rejimləri də mövcuddur. Amma ultra geniş bucaqlı kamerası 12 MP olduğu üçün iPhone 16 Pro-dan bir qədər geri qalır.

Gecə rejimi, portret rejimi və HDR texnologiyası hər iki modeldə yüksək keyfiyyətli nəticələr verir. Ancaq daha geniş bucaqlı fotolar çəkənlər və ya peşəkar video ilə məşğul olanlar üçün iPhone 16 Pro daha yaxşı seçim ola bilər.

Hansını almalı?

iPhone 16 Pro ən son texnologiya, güclü çipset, geniş ekran və inkişaf etmiş kamera imkanları axtaranlar üçün ideal seçimdir. Böyük ekran ölçüsü və yüksək performans xüsusilə mobil oyunlar, video montaj və peşəkar səviyyədə foto-videoyla məşğul olanlar üçün əhəmiyyətli üstünlük yaradır. Eyni zamanda, Apple-ın uzunmüddətli yeniləmə siyasəti və ekosistem dəstəyi bu modeli gələcək illər üçün “investisiya” xarakterli bir cihaz halına gətirir.

Digər tərəfdən, iPhone 15 Pro hələ də yüksək performans, titan çərçivəli möhkəm dizayn və kifayət qədər keyfiyyətli kamera sisteminə malik bir smartfondur. Büdcəyə önəm verənlər və “yetərincə güclü, amma nisbətən münasib qiymətli” bir iPhone almaq istəyənlər üçün 15 Pro çox əlverişli variant kimi çıxış edir.

Apple-ın iOS ekosistemi sayəsində hər iki modelin təqdim etdiyi istifadə təcrübəsi bir-birinə çox yaxındır. Seçim əsasən sizin ehtiyaclarınıza, büdcənizə və gələcəkdə telefonu necə istifadə edəcəyinizə bağlıdır.  Keyfiyyəti və uzunmüddətli dəstəyi ilə seçilən iki modeli də  iSpace Baku mağazalarından əldə edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:366
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri