Icma.az
close
up
RU
iPhone aksesuarı ilə bağlı XƏBƏRDARLIQ: Xərçəngə səbəb olur?

iPhone aksesuarı ilə bağlı XƏBƏRDARLIQ: Xərçəngə səbəb olur?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

"Apple" şirkətinin rəsmi mağazasında təqdim edilən "iPhone" üçün "Belkin" şirkətinə məxsus "BoostCharge Pro Magnetic" adlı aksesuarın tərkibində sağlamlıq üçün təhlükəli sayılan bisfenol A (BPA) maddəsi aşkarlanıb.
Məlumata görə, Bisfenol A plastik məmulatların istehsalında geniş istifadə olunur və bir çox tədqiqatlarda bu maddənin insan sağlamlığı üçün təhlükəli olduğu vurğulanıb. 2018-ci ildə aparılan bir araşdırmada bu maddənin dəri vasitəsilə qana keçə biləcəyi və xərçəng, şəkərli diabet və reproduktiv sağlamlıq problemləri yarada biləcəyi qeyd edilib. Ən həssas risk qrupları arasında hamilə qadınlar, uşaqlar və gənc qızlar göstərilib.
"Apple" tərəfindən satılan "Belkin" şirkətinə məxsus "BoostCharge Pro Magnetic" cihazı, təhlükəli maddə ehtiva etməsinə baxmayaraq, satışdan çıxarılmayıb. Şirkət yalnız Kaliforniya qanunvericiliyinə əsasən müvafiq xəbərdarlığı yayıb. Maraqlıdır ki, bu xəbərdarlıq Avropa İttifaqında satılan analoji məhsullarda yoxdur, çünki Aİ-də bisfenol A-nın müəyyən sahələrdə istifadəsi qadağan edilib.
2018-ci ildə "Belkin"in başqa bir "iPhone" aksesuarında həddən artıq isinmə və yanma təhlükəsi olduğu müəyyən edilmişdi. Bu cihazlar bazardan çıxarılmış, lakin analoji məhsulların satışı davam etdirilmişdi.
“Bisfenol A bir çox ölkələrdə qadağandır”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan onkoloq Asif Abbasov deyib ki, bu yeni bir məsələ deyil:
“Texnologiyanın inkişafıyla əlaqədar kanserogen maddələrlə üz-üzəyik. Təsadüfi deyil ki, ötən ay Bakıda keçirilən COP29-da bu məsələ bir daha gündəmə gətirildi. Hansı ki, bu gün ətrafımızda çolu batereyalar, akkumlyatorlar var.  Onların zərərsizləşdirilməsi, utilizasiyası çox vacibdir. 
Bisfenol A-dan XIX əsrdən istifadə edilir. Yalnız XX əsrin sonlarında bunun kanserogen olduğu meydana çıxıb və bir sıra ölkələr ondan istifadəni qadağan edib. Misal üçün, Türkiyədə bu maddədən istifadə 2011-ci ildən qadağandır. Əgər Bisfenol A telefonlarda varsa, təsəvvür edin gün ərzində orqanizmimiz nə qədər zərər görür”.
Müsahibimiz qeyd edib ki, mobil telefonlar xərçəng xəstəliyinin yayılmasında müstəsna yer tutur:
“İldə milyardlarla gəliri olan “iPhone”, “Samsung” kimi şirkətlər belə bir riskin  olduğunu bilsələr də, onu ört-basdır etməyə çalışarlar. Bir müddət əvvəl ABŞ, İngiltərə və Danimarka kimi ölkələrdə bir milyona yaxın insanın daxil olduğu 150 araşdırmanın heç birində mobil telefonların xərçəngin yaranmasındakı rolu sübut edilmədi.
Xüsusilə daha çox şübhə doğuran beyin şişlərinin etimologiyasında mobil şüalanma inkar olundu. Halbuki, mobil telefonların şüaları demək olar ki, radio və televizorların yaydıqlarından bir o qədər də fərqlənmir və heç bir ionlaşdırıcı xüsusiyyəti (radioktiv maddələrin, ultrabənövşəyi və rentgen şüalardan fərqli olaraq) yoxdur.
Amma, nəzərə alaq ki, siqaret, asbest kimi məhsullar istifadə olunduqlarından çox-çox sonralar kanserogen olduqları sübut olunub. Odur ki, bəzi şərtlərə əməl etmək lazımdır:
1. Xüsusilə uşaqların uzun müddət telefonla oynamaqlarına icazə verməyin;
2. Uzun-uzadı telefonla danışmayın. Ehtiyac olmadıqca üstünüzdə gəzdirməyin, səsini eşidə biləcəyiniz məsafədə saxlayın;
3. Mümkün qədər mobil qulaqcıqdan istifadə edin;
4. Yatarkən telefonunuzu ya söndürün, ya da çarpayıdan uzağa qoyun”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri