Icma.az
close
up
RU
iPhone, iPad və iPod da i hərfinin mənası nədir?

iPhone, iPad və iPod da i hərfinin mənası nədir?

Icma.az, Lent az saytına istinadən bildirir.

Apple istifadəçilərinin çoxu iPhone, iPad və iPod kimi cihazların adındakı kiçik “i” hərfinin mənası barədə ciddi düşünməyib. İllər boyu müxtəlif ehtimallar irəli sürülüb. Bəziləri bunun ağıllı və ya əvəzolunmaz sözlərini ifadə etdiyini düşünürdü. Digərləri isə “i” hərfini ingiliscə “I” - yəni mənim mənasında məhsulların şəxsi xarakterini vurğulayan simvol kimi qəbul edirdi. Lakin həqiqət daha sadədir.

Lent.az xəbər verir ki, “Apple”nin həmtəsisçisi Stiv Cobs hələ 1998-ci ildə izahına görə məşhur “i” hərfi daha çox o dövr üçün Apple texnologiyalarında əsas olan anlayışa, internetə işarə edir.

Məhz internetə asan çıxış “iMac”in yaradılmasında əsas ideya idi. “Apple”nin “i” prefiksi ilə təqdim etdiyi ilk məhsul da elə iMac olmuşdu. Daha sonra bu yanaşma iPhone, iPod və iPad adlarında da davam etdirildi.

Bununla yanaşı, “i” hərfi bir neçə anlayışı da simvolizə edirdi: fərdilik, öyrətmək, məlumatlandırmaq və ilham vermək. Bu anlayışlar “Apple”nin fəlsəfəsini əks etdirsə də, hərfin rəsmi və tək bir izahı heç vaxt təsdiqlənməyib.

Sosial şəbəkələrdə Apple istifadəçiləri bu açıqlamaya təəccübləndiklərini etiraf ediblər. Bir çoxları “i” hərfinin iOS-la əlaqəli olduğunu və ya məhsulun “mənim telefonum” kimi şəxsi mənanı ifadə etdiyini düşünürdü. Halbuki, hər şey “Apple”nin 1990-cı illərin sonlarında internet bağlantısını əsas üstünlük kimi önə çıxarmaq istəyi ilə başlayıb. Həmin dövrdə bu, fərdi cihazlar üçün inqilabi yenilik sayılırdı.

“iPhone”nin ilk versiyası Apple tərəfindən 2007-ci ilin yanvarında təqdim olunmuşdu və bu konsepsiyaya tam uyğun idi: cihaz telefon, musiqi pleyeri və internet terminalını bir arada birləşdirirdi.

O vaxtdan bəri iPhone xətti 17-ci nəsilə qədər inkişaf edib və dünya üzrə ümumi satışlar 3 milyard ədədi keçib. Bu da “i” prefiksinin təsadüfi seçim olmadığını bir daha göstərir.

Məlumata görə, 2026-cı il Apple üçün yenə də olduqca aktiv il olacaq. Şirkətin ilin sonuna qədər 20-dən çox yeni məhsul təqdim etməyi planlaşdırdığı bildirilir və onların böyük hissəsinin ilk yarımildə elan ediləcəyi gözlənilir.

2026-cı ilin ilk yeniliyi isə əşyaların tapılması üçün nəzərdə tutulan “AirTag”in yeni nəsli olub. Adapter və şarj cihazlarını nəzərə almasaq, bu, “Apple”nin ən əlçatan qiymətli cihazlarından biri sayılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Fevral 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri