İpoteka kreditləri ilə bağlı gözlənilməz addım: Mənzil almaq istəyənlər...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin ilk 4 ayında dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 42,6 milyon manat vəsait ayrılıb. Bu müddətdə banklar tərəfindən 182,1 milyon manat ipoteka krediti verilib. Bu da əhalinin mənzil kreditlərinə marağının davam etdiyini göstərir.
İpoteka kreditlərinə tələbatın artması gələcəkdə hansısa risklərə səbəb ola bilər?
Globalinfo.az-a danışan bank eksperti Xalid Kərimli deyib ki, Azərbaycanda ipotekaya tələbat artıb:
“Lakin ipoteka vasitəsi ilə alınan mənzillər ümumi mənzil dövriyyəsinin heç 15%-nə çatmır. İnkişaf etmiş ölkələrdə 10 mənzil alışından 8-i ipoteka ilə həyata keçirilir. Yəni Azərbaycanda hələlik ipoteka portfelinin narahatlıq, çətinlik yaratdığını güman etmək olmaz. Digər məsələ, Fond tərəfindən verilən kreditlər kimə gəldi verilmir. Rəsmi gəliri yüksək olan şəxslərə xüsusi təhlildən sonra verilir. Bu sahədə problemli kreditlər çox azdır, heç 1% də deyil”.
Xalid Kərimli
Mütəxəssis əlavə edib ki, ipoteka kreditlərinin əlçatımlılığını artırmaq lazımdır:
“Bunun üçün kommersiya bankları aktiv rol oynamalıdır. Sadəcə problem odur ki, kommersiya banklarının ipoteka kreditləri çox baha olur. İpoteka kreditinə yararlı əmlakların da xüsusi şərtləri var, bu istiqamətdə də yumşalma olmalıdır”.
Ləman Hüseynzadə
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 May 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















