İqlim dayanıqlılığı üçün mina təhlükəsi ilə mübarizə mövzusunda tədbir keçirilib
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP29 konfransı çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbir BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BMT-nin Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal zamanı basdırılmış minaların və partlamamış hərbi sursatların dayanıqlı iqlim və dayanıqlı inkişafa göstərdiyi mənfi təsirlər barədə fikir bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















