Icma.az
close
up
RU
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü

İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini söyləyib. O bildirib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlı elmi araşdırmalar aparılır: “Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, yeni nəsil iqlim dəyişikliyi məsələlərinin həllində önəmli rol oynayacaq”.

Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu hesab edir ki, universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsində maarifləndirilməsinə töhfə verəcək. O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdırlar: “İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimiz seminarlara tələbələrlə yanaşı, vətəndaşlar da gələ bilir. Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlı ekoloji kampusların qurulması hədəfimiz olmalıdır”.

Hindistanın “GEDU Global Education” xidmətinin baş icraçı direktoru Vişvadjit Rana COP29-un enerji keçidi olduğunu vurğulayıb. O bildirib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə istiqamət götürə bilər.

Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirə olunub, suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri