Icma.az
close
up
RU
“Almaniya neytral mövqeyin sərgilənməsinə səbəb olur”

“Almaniya neytral mövqeyin sərgilənməsinə səbəb olur”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Almaniya Fələstini niyə tanımır? İsrail-Fələstin münaqişəsi kimi digər müxtəlif münaqişələrə münasibətdə Almaniya diplomatiyasının əsas mövqeyi ondan ibarətdir ki, tərəflər bir növ razılığa gəlməlidirlər: sülh müqaviləsi imzalanmalıdır, bundan sonra da müstəqilliyin tanımı və digər hadisələr baş verə bilər. Yəni biz burada Almaniya tərəfdən belə bir yanaşmanı açıq-qabarıq şəkildə görmüş oluruq. Eyni zamanda, burada tarixən bir nüans da həm də Almaniya-İsrail münasibətlərindən qaynaqlanır. Çünki Almaniya hökuməti İsrail ilə tərəfdaş qismində çıxış edir və ola bilər ki, bundan da narahat olsunlar ki, Fələstini tanıdığı halda bu da İsrail-Almaniya münasibətlərinə mənfi təsir edəcək”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat əlavə edib ki, real olaraq yenə də burada Almaniyanın mövqeyi bilavasitə İsrail və Fərəstin arasında son razılığın əldə olunmasına ziyan gətirməyəcək bir siyasətin yürüdülməsi ilə bağlıdır: “Çünki Almaniya hesab edir ki, əgər Fələstini tanımış olarsa, bu, həm də aparılan hazırki sülh danışıqlarına da mənfi təsir edə bilər, nəinki İsrail-Almaniya münasibətlərinə. Ona görə də burada Almaniya hökuməti ən azından Fridrix Merts kansleri səviyyəsində məsələyə bu səpkidə münasibət bəsləmiş olur. Bir də burada əsas nüans onunla bağlıdır ki, BMT-nin Baş Assambleyasında Fələstinlə bağlı aparılacaq hansısa bir təşəbbüslər və ya müzakirələr olacaqsa, orada da Almaniya iştirakdan ehtiyat edir. Çünki sadaladığım bu iki əsas səbəbi Almaniyanın bu məsələyə neytral bir mövqeyi kimi də deyə bilərik. Yəni Almaniya neytral bir mövqeyin sərgilənməsinə səbəb olur. Amma istənilən halda Avropanın digər ölkələri, böyük dövlətləri Fransa, Böyük Britaniya, son zamanlar İspaniyada daha çox tanınmaq mövqeyini və bundan irəli gələn proseslərdə İsraili bir qədər də tənqid etmək elementlərinin qabarıq şəkildə sərgiləndiyini görürük ki, Almaniya bu müstəvidə onların mövqelərini qəti surətdə bölüşmür”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri