İqlim dəyişikliyi fonunda biomüxtəlifliyin tədqiqi və davamlı inkişafı ustad dərsi AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva tərəfindən ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirin açılışında dekan müavini dosent Bəsti Əsədova cari ildə Botanika İnstitutu ilə imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planında nəzərdə tutulmuş məsələlər barədə məlumat verib. O, ustad dərsinin bu əməkdaşlıq çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb.
Dekan Reyhan Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili”, həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin nəticələrindən, bu dövrdə fakültədə keçirilən tədbirlərdən söz açıb.
Professor Səyyarə İbadullayeva Botanika İnstitutunun fəaliyyətindən, elmi tədqiqatlardan danışıb.
Daha sonra professor Səyyarə İbadullayeva “İqlim dəyişikliyi fonunda biomüxtəlifliyin tədqiqi və davamlı inkişafı” mövzusunda ustad dərsi keçib.
Sonda mövzu ətrafında çıxışlar dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















