Icma.az
close
up
RU
“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Botanika İnstitutunda Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Botanika İnstitutundan məlumat verilib.

Açılış mərasimində Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva bildirib ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə respublikada bitki örtüyü və meşələrin müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın idarə edilməsində meşələrin rolunu müəyyənləşdirməkdir. Professor Azərbaycanın meşə örtüyü haqqında məruzəsində meşələrin ümumi sahəsi, antropogen təsirlərin və iqlim dəyişmələrinin meşə ekosistemlərinə təsiri, habelə erməni işğalı dövründə törədilmiş yanğınlar nəticəsində Qarabağın meşə fondunun məhv edilməsi və digər problemləri vurğulayıb.

Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Zhang Yuanminq, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Peter Odor, Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin dosenti Muhammad Zafar çıxış ediblər.

Konfransın plenar hissəsində xarici və yerli alimlərin məruzələri dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb. Sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Konfransın davamında Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçiriləcək.

Tədbir iyunun 19-da meşə ərazilərinə ekspedisiya ilə başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri