Icma.az
close
up
RU
Frank Mörşel: İqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması birbirini tamamlayır VİDEO AZƏRTAC

Frank Mörşel: İqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması birbirini tamamlayır VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Biomüxtəlifliyin qorunması ilə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün birgə işlər görmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın “KfW” İnkişaf Bankında enerji və təbii resurslar üzrə baş layihə meneceri Frank Mörşel AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə praktiki addımlar atılmasının, qlobal əməkdaşlığın, birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Son illərdə atmosferdə karbon emissiyalarının rekord səviyyəyə çatdığını və bunun fəlakətlərlə nəticələndiyini qeyd edən F.Mörşel bildirib: “Keçən il atmosferə ən çox karbon emissiyalarının buraxıldığı illərdən biri oldu. Dünyanın müxtəlif yerlərində fəlakətlərin sayı artır və bu, gələcəkdə görmək istəmədiyimiz mənzərədir. Bu səbəbdən praktiki addımlar ataraq iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməliyik”.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələrində iştirak etdiyini xatırladıb və bu təşəbbüsü iqlim dəyişikliyi və biomüxtəliflik itkisi ilə mübarizənin bir-biri ilə necə bağlı olduğunu göstərən nümunə kimi qiymətləndirib. Qeyd edib ki, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə bir-birini tamamlayan fəaliyyətlərdir və bu istiqamətdə səylər artırılmalıdır.

COP29-da iqlim maliyyələşdirilməsi ilə bağlı müzakirələrin nəticələrinin konfransın sonunda açıqlanacağını qeyd edən F.Mörşel deyib: “Danışıqlara birbaşa cəlb olunmamışam, lakin iqlim maliyyələşdirilməsi məsələsinin həll olunacağına ümid edirəm. Bu, iqlim dəyişikliyi ilə mübarizənin əsas komponentlərindən biridir.

Qonaq Bakıda keçirilən COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. “Tədbir mükəmməl təşkil olunub. İctimai nəqliyyat çox yaxşı işləyir və burada olmaq həqiqətən xoşdur. Bu cür qlobal tədbirlər iqlim dəyişikliyi və biomüxtəliflik itkisi ilə mübarizədə əməkdaşlığı gücləndirmək üçün unikal imkan yaradır”, - deyə almaniyalı iştirakçı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri