Icma.az
close
up
RU
İqlim dəyişikliyi qlobal maliyyə sistemi üçün təhlükə yarada bilər...

İqlim dəyişikliyi qlobal maliyyə sistemi üçün təhlükə yarada bilər...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Böyük pensiya fondları iqlim dəyişikliyi ilə bağlı risklər barədə xəbərdarlıq edir. İqlim dəyişikliyi banklar, sığorta şirkətləri və bütün maliyyə sistemi üçün risklər yaradır.

...Dünyanın ən böyük pensiya fondlarından 40-ı, sığorta şirkətləri və suveren fondlar iqlim dəyişikliyi ilə bağlı artan sistem riskləri barədə xəbərdarlıq ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” xəbər verir ki, bu bəyanatlar maliyyə sektorunun Antalyada keçirilən BMT-nin COP31 iqlim sammitində iştirakı fonunda verilib.

...Sinqapurun “Temasek”, Danimarkanın PFA pensiya fondu və Böyük Britaniyanın “Legal & General” sığorta şirkətinin iştirakı ilə keçirilən qapalı iclasda maliyyə sabitliyi üçün risklər müzakirə edilib.

Müzakirədə ABŞ-ın keçmiş vitse-prezidenti, Generation Investment Management-in həmtəsisçisi Al Qor da iştirak edib.

Görüş iştirakçılarından biri bildirib ki, uzunmüddətli investorlar iqlim dəyişikliyi ilə bağlı sistemli risklərdən narahat olduqlarını bildiriblər.

İki il əvvəl iqlim sammitində iştirakçı ölkələr 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyəni ildə 300 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

Dövlət və özəl mənbələrdən vəsait toplamaq üçün ümumi məqsəd hər il 1,3 trilyon dollardır.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva və Braziliya İnkişaf Bankı (BNDES) iqlim layihələri üçün vəsait toplamaq planını təqdim ediblər.

“Financial Times” yazır ki, burada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında iştirak edən ölkələr tərəfindən yaradılmış Yaşıl İqlim Fondu və özəl investorlar iştirak edəcəklər.

Danimarka pensiya fondunun PFA nümayəndəsi Rasmus Bessing COP31-ə investorlar və inkişaf bankları ilə həyat qabiliyyətli ekoloji layihələrin həyata keçirilməsi şərtlərini müzakirə etmək üçün gəldiyini söylədi.

Hollandiya Mərkəzi Bankının prezidenti və Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Olaf Sleijpen bildirib ki, iqlim sərmayəsi ilə bağlı əsas problem pul çatışmazlığı deyil, investorlara inam yaradacaq uzunmüddətli və ardıcıl siyasətlərin olmamasıdır.

O əlavə edib ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün bərpa olunan enerji mənbələrinin payını artırmaq kifayət deyil, emissiyaların sıfıra enməsinə nail olmaq lazımdır.

İqlim dəyişikliyi banklar, sığorta şirkətləri və bütün maliyyə sistemi üçün risklər yaradır.

Onun sözlərinə görə, vaxtında və əlaqələndirilmiş tədbirlər 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizənin iqtisadi xərclərini demək olar ki, yarıya qədər azalda bilər - təxirə salınmış fəaliyyət ssenarisi ilə müqayisədə qlobal ÜDM-in 1,3-dən 0,5 faizə qədər…

Avropanın ən böyük sığorta şirkəti Allianz SE xəbərdarlıq edib ki, iqlim dəyişikliyi qlobal maliyyə sistemi üçün təhlükə yarada bilər. Qlobal istiləşmə ilə əlaqədar bəzi regionlardakı sığortaçılar artıq iqlim risklərini ödəyə bilməzlər.

Allianz idarə heyətinin üzvü Günter Tallinger bir il əvvəl demişdi ki, bu, öz növbəsində ipotekaya, daşınmaz əmlak tikintisinə və uzunmüddətli investisiyalara təhlükə yaradacaq.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri