Icma.az
close
up
RU
İqlim dəyişikliyi uşaqların psixi sağlamlığına necə təsir edir?

İqlim dəyişikliyi uşaqların psixi sağlamlığına necə təsir edir?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

 Havanın temperaturunun yüksəlməsi və isti hava dalğalarının daha tez-tez baş verməsi uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərir. 

Bakıvaxtı.az xəbər verir ki, bu nəticə avstraliyalı alimlərin rəhbərliyi ilə aparılan yeni araşdırmada ortaya çıxıb.

Orta sutkalıq temperaturun hər 1°C artması uşaqlarda psixi sağlamlıqla bağlı mənfi nəticələrin riskini təxminən 1 faiz artırır. Alimlər temperatur, isti hava dalğaları və psixi sağlamlıq arasındakı əlaqəni araşdıran 23 beynəlxalq tədqiqatın nəticələrini təhlil ediblər. Araşdırma göstərib ki, 5-18 yaş arası uşaq və yeniyetmələr ən həssas qrup hesab olunur. İsti hava dalğaları zamanı bu yaş qrupunda psixi pozuntuların yaranma riski 25 faiz, temperaturun yüksəlməsi ilə isə 1,5 faiz artır.

Tədqiqatın həmmüəllifi, epidemioloq Jaklin Stivensin sözlərinə görə, iqlim dəyişikliyi həm Avstraliyada, həm də dünyanın digər bölgələrində ekstremal isti dövrlərinin daha tez-tez və daha intensiv yaşanmasına səbəb olur. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün ictimai sağlamlıq baxımından ciddi risk yaradır. Alim qeyd edib ki, yüksək temperatur uşaqların yuxusunu pozur, onların dərs oxumasına, istirahətinə və açıq havada fəaliyyətinə mane olur. Bundan əlavə, güclü istilər zamanı valideynlərin və ailələrin yaşadığı stress də uşaqların emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Araşdırmada iştirak edən professor Kori Bredşou isə bildirib ki, aparılan modelləşdirmə yüksək temperatur və isti hava dalğalarının gənclər arasında təcili tibbi yardıma müraciətlərin, təşviş pozuntularının, depressiya hallarının və intihar cəhdlərinin artması ilə əlaqəli olduğunu göstərib.

Tədqiqat müəllifləri hesab edirlər ki, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri hazırlanarkən psixi sağlamlıq məsələləri də nəzərə alınmalı, uşaq və yeniyetmələrin qorunmasına yönəlmiş xüsusi proqramlar hazırlanmalıdır. Praktik tədbirlər kimi məktəblərdə daha sərin sinif otaqlarının yaradılması, binaların havalandırılmasının yaxşılaşdırılması və açıq məkanlarda kölgəlik sahələrin artırılması tövsiyə olunur. Bu addımların ekstremal istilərin gənclərin psixi sağlamlığına mənfi təsirini azaltmağa kömək edəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri