İqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün təzminat mexanizminin yaradılması təklif olunub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
COP29 çərçivəsində keçirilən paneldə iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması təklif olunub.
APA-nın xəbərinə görə, bu təşəbbüslə "AFRIQUE – ENERGIE – ENVIRONNEMENT (AEE)" şirkətinin baş direktoru El Hadji Mbaye Diagne "UNFCCC: Towards Full Implementation: Advancing the Paris Agreement Crediting Mechanism" adlı tədbirdə çıxış edib.
O bildirib ki, iqlim dəyişikliyi ilə daha tutarlı mübarizə üçün effektiv mexanizmlərin hazırlanması məsələsi hər zaman ön plana çıxıb.
El Hadji Mbaye Diagnenin qənaətinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə irəli sürülən mexanizmlər nəticəsində həm ekologiyanın, həm də ətraf mühitin qorunmasına ekoloji cəhətdən əlverişli təminat verilməlidir.
O bunu da əlavə edib ki, bu amil öz növbəsində yalnız iqlim dəyişikliyinin ətraf mühitə müsbət və mənfi cəhətləri dəyərləndirildikdən sonra mümkündür:
"Eyni zamanda, təklif edirik ki, iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması məsələsi müzakirəyə çıxarılsın. Bu sahədə qərarlardan şikayətlərin verilməsinə imkan yaradılması həssas təbəqədən olan əhalinin hüquqlarını genişləndirə və onlara əlavə imkanlar yarada bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















