Icma.az
close
up
RU
İqor Korotçenko: Rusiya və Azərbaycan köhnə səhifəni çevirir və əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

İqor Korotçenko: Rusiya və Azərbaycan köhnə səhifəni çevirir və əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 13 oktyabr, AZƏRTAC

Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında qurulub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko prezidentlər İlham Əliyev ilə Vladimir Putinin bu yaxınlarda Düşənbədə Müstəqil Dövlətlər Birliyinin sammiti çərçivəsində baş tutan görüşünü şərh edərkən bölüşüb.

Onun sözlərinə görə, iki ölkə liderlərinin verdiyi siyasi mesajlardan çıxış etmək vacibdir: “Prezident Putin və Prezident Əliyevin göndərdiyi mesajlar iki dövlətin başçılarının Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı üçün tamhüquqlu formata gəlmək istədiklərini açıq şəkildə göstərir”.

Ekspert qeyd edib ki, görüşün özü MDB sammiti çərçivəsində baş tutub və bu format prinsipial əhəmiyyət daşıyır: “Bu, çox vacibdir, çünki biz hamımız postsovet məkanında manipulyasiyanı və xarici aktorların təsir imkanlarını aradan qaldırmaqda maraqlıyıq. Təəssüflər olsun ki, MDB ölkələri arasında təfriqə yaratmaq istəyənlər çoxdur, lakin məhz liderlərin kollektiv iradəsi müsbət trendləri müəyyən etməyə qadirdir”.

İ.Korotçenko əmin olduğunu bildirib ki, sammitdə və ikitərəfli görüş zamanı səslənən siqnallar dinləniləcək və “Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin bütün spektrinin inkişafı üçün yeni əlverişli ab-hava” yaranacaq.

Baş redaktor əlavə edib: “Qarşılıqlı əlaqənin dəyərini mükəmməl başa düşürük və iki lider arasındakı görüşdən sonra bizə az sevinc və daha çox kədər gətirən səhifələri çevirməyi düşünə bilsək, irəliyə doğru hərəkət üçün üfüq aydın görünür”.

Ekspertin sözlərinə görə, bu gün ikitərəfli gündəlikdə iqtisadiyyat əsas rol oynayır: “Biz dayanıqlı inkişafda, irəliləyişdə, iqtisadi əlaqələrin gücləndirilməsində, regional əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıyıq. Qloballaşmanın çökdüyü bir şəraitdə ikitərəfli iqtisadi əlaqələrin, eləcə də MDB kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla və üçüncü ölkələrin kənar təzyiqləri olmadan inkişaf etməsi çox vacibdir”.

O xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr fəal inkişaf edir: “Rusiya Baş nazirinin müavini Aleksey Overçuk azərbaycanlı həmkarları ilə fəal işləyir. Prezidentlər Putin və Əliyev arasında keçirilən görüş və danışıqların yekunlarına əsasən, iqtisadi-ticari əməkdaşlığı daha da genişləndirmək, qarşılıqlı əmtəə dövriyyəsinin həcmini artırmaq, yeni maraqlı layihələri davam etdirmək üçün gözəl imkanlarımız var”.

İ.Korotçenko müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirib: “Ötən dövrdə Rusiya Azərbaycana beş milyard dollardan çox dəyəri olan silah tədarük edib. Rusiya Bakıda keçirilən və regionda ən böyük sərgiyə çevrilmiş ADEX beynəlxalq silah sərgisinin fəal iştirakçısıdır və bu tədbirə həmişə qatılıb”.

Hərbi analitikin fikrincə, mühüm hərbi texnikanın istehsalını əhəmiyyətli dərəcədə artıran Rusiyanın müdafiə sənayesi həm daxili, həm də ixrac sifarişlərini yerinə yetirmək iqtidarındadır: “Bakının marağı nəzərə alınmaqla, perspektivli layihələr, o cümlədən Rusiyanın müasir Su-35 qırıcılarının Azərbaycan Hərbi Hava Qüvvələrinə mümkün tədarükü danışıqlar masasında qalır. Bu, yüksəksəviyyəli təhlükəsizliyi təmin etməyə imkan verən əla çoxməqsədli təyyarədir”. O, həmçinin ehtimal edib ki, gələcəkdə əməkdaşlığın digər sahələri, o cümlədən artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan Rusiya hərbi texnikasının modernləşdirilməsi və yeni silahların tədarükü də müzakirə oluna bilər.

İ.Korotçenkonun sözlərinə görə, Rusiya və Azərbaycan liderləri arasında keçirilən görüş Moskva və Bakının mürəkkəb səhifələri çevirməyə və həm Cənubi Qafqaz regionunda, həm də bütün postsovet məkanında iqtisadiyyat, təhlükəsizlik, sabitlik məsələləri üzrə müsbət gündəlik üzərində diqqəti cəmləşdirməyə hazır olduqlarına dair mühüm siqnala çevrilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri