Ümid edirəm ki, Neftçi çempion olaraq bunu bizə hədiyyə edəcək İqor Mitreski
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi"nin sabiq kapitanı İqor Mitreski Sportal.az saytına müsahibə verib.
- Hazırda "Neftçi" çempionatın liderdir. Milli fasiləyə lider kimi yollandılar. Bu nəticə sənin üçün gözlənilməz olmadıki?
- Təbii ki, neçə ildən sonra komanda liderliyi ələ keçirib. Bu da onlar üçün yaxşıdır. Hər halda, bu mövsüm uğurlu çıxış edirlər. Komandaya uğurlar arzu edirəm. İnanıram ki, sona qədər liderliyini qoruyacaqlar.
- Yuri Vernidubun komandası əvvəlki illərdən nə ilə fərqlənir? İndiki komanda çox güclüdür?
- Fikrimcə, Vernidubun təyinatından sonra “Neftçi”də oyun intizamı yüksəlib. O, Ukraynada işləyib, mən də orada oynamışam. Orada daha çox intizam ön plandadır. “Neftçi” həm də psixoloji tərəfdən artırıb. Yəqin ki, baş məşqçi çox tələbkardır. Futbolçu seçimləri də yaxşıdır. Ona görə də komanda hazırda liderdir və Vernidubun istədiyi kimi oynayır.
- Çempionluğa əsas favorit olan "Sabah" həm də Çempionlar Liqasında iştirak edir, sıx qrafikdə, ikiqat təzyiqdə oynayır. "Qarabağ" isə əvvəlki kimi güclü görünmür. Bu məqamlar "Neftçi"yə kömək edir?
- Bəli, “Sabah”ı mən də izləyirəm. Onlara afərin, Çempionlar Liqasında əsas mərhələyə düşdülər. Yaxşı komandadır. Deyə bilmərəm ki, “Qarabağ” komanda kimi enişə gedib. Ancaq fikrimcə, “Sabah”, “Qarabağ” və “Neftçi” çempionluq uğrunda mübarizə aparacaq. Çempionat uzundur, bəlkə “Sabah” yorğun oldu, ya da əksinə, daha yaxşı oynadı. Oyun praktikası daha yaxşı ola bilər. Hər halda, gedişatda görəcəyik. Mövsümün sonuna qədər çempionluq mübarizəsi gedəcək.
- Bu mövsüm "Neftçi"nin 90 illiyidir. "Neftçi"nin 90 yaşında çempion olması yəqin ki, daha yaxşı olardı?
- Bəli, bilirəm ki, bu il 90 illikləridir. Ümidvaram ki, komanda bütün azarkeşlərə, orada oynayan veteranlara, biz legionerlərə, orada işləmiş bütün insanlar üçün çempion olaraq, bunu bizə hədiyyə edəcək. Biz onlardan çempionluq gözləyirik. Rəhbərlik və baş məşqçi də bilir ki, 90 illikdir. Sadəcə çox istəyərdim ki, tribunada daha çox insan olsun, daha çox azarkeş komandaya dəstək göstərsin. Çətin olacaq. Amma futbolda asan heç nə olmur. Ümid edirəm ki, klub əvvəllər “Neftçi”də oynamış hamı üçün çempionluq hədiyyəsi edəcək. Baxacağıq və azarkeşlik edəcəyik.
- "Neftçi"nin heyətində daha çox hansı futbolçunu bəyənirsən?
- Hansısa oyunçunu xüsusi dəyərləndirə bilmərəm. Mənim üçün futbol hər zaman komanda oyunu olub. Hər şey də, kollektivdən asılı olacaq. İndiki durumda kimisə ayırmaq istəmirəm. Çünki mən karyeram boyu yalnız futbolun kollektiv oyunu olduğuna üstünlük vermişəm. İndi də Şimali Makedoniyanın gənclərdən ibarət yığma komandasının idman direktoruyam. Hər zaman da uşaqlara bunu deyirəm, futbol komanda oyunudur, hamı meydanda kollektiv üçün maksimumu verməlidir. Bu, fərdi idman oyunu deyil. Hər şey nə bir nəfərdən, nə də 11 nəfərdən ibarətdir, bəzən meydana sonradan çıxan ehtiyat oyunçu matçın taleyini həll edir. “Neftçi”yə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı olacaq. Zamanım olarsa, Bakıya gələrək oyuna baxardım. İndi də baxıram. Amma daim baxmaq olmur. Vaxt olarsa, canlı izləyərəm “Neftçi”ni.
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















