Icma.az
close
up
RU
İqtisad Universitetində olan bir ixtisas niyə kollecdə keçirilməlidir? Təhsil eksperti

İqtisad Universitetində olan bir ixtisas niyə kollecdə keçirilməlidir? Təhsil eksperti

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

"Bu gün cəmiyyətdə əmək bazarının tələbi peşə tədrisi mövcuddur. Statistikaya nəzər salsaq, görərik ki, peşə təhsilini il ərzində bitirənlərin sayı 30 mini keçmir. Amma buna baxmayaraq, əmək bazarına onların fokuslanması, əmək bazarına yerləşməsi nəinki kollecləri, hətta universitetləri də qabaqlayır. Çünki oradakı ixtisaslar praktikidir. İxtisaslar birbaşa əmək bazarının tələblərinə cavab verir. Oradakı ixtisaslar birbaşa ən zəruri detallara fokuslanır".

Hurriyyet.Az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri kolleclərlə peşə təhsili arasındakı fərqlərdən danışarkən bildirdi.

"Peşə təhsili müəssisələri bu gün həqiqətən də əmək bazarında hesabatlaşmağa görə, tələb-təklif prinsipi ilə işləməyə görə nümunədirlər. Peşə təhsil müəssisələri bunu bacarıb. Lakin kolleclər yox. Sizə deyim ki, kolleclərdə də vəziyyət əvvəlkinə nisbətdə yaxşılaşmağa doğru gedir. Mən özüm kolleclərə ixtisas seçimi və konsultasiya ilə məşğulam. Fərqləri hiss edirəm. Artıq orada da praktikaya meyillilik artır", - deyə o qeyd etdi.

Ekspertin sözlərinə görə, pedaqoji ixtisaslar ki, yalnız universitet “materialıdır”, onlar yalnız universitetlərə yönəldilir.

"Artıq kolleclərdə bir dənə də olsun pedaqoji ixtisas qalmayıb. Amma bu azdır. Daha çox işlər görülməlidir. Bu gün tibb kollecləri əmək bazarında çox məhsuldardır. İstənilən xəstəxanada, klinikalarda tibb kollecinin yetirmələri olan tibb bacıları, qardaşları və digər texniki işçiləri görə bilirik. Hansı ki, bu heyət tibb institutunda yetişmir. Onlar kolleclərdə formalaşır.

Çox təəssüf olsun ki, aralarında 3 aylıq tibb kurslarını bitirənlər də var, amma istər Bakıdakı, istərsə də regiondakı tibb kolleclərinin rolu böyükdür. Tibb kolleci necə məhsuldardırsa, digər kolleclər də belə məhsuldar olmalıdır. Əmək bazarında öz yerlərini göstərməli və ona uyğun formalaşmalıdırlar.

Məsələn, kolleclərdə mühasibat uçotu var, maliyyə var. Bunlar nə qədər böyük və güclü universitetlərdə var. İqtisad Universitetində olan bir ixtisas niyə kollecdə keçirilməlidir? Bu cür detallar incələnməlidir. Kolleclər peşə təhsilinin praktiklik baxımından üst səviyyəyə çevrilməlidir" , - deyə Elmin Nuri qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri