Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

İqtisad Universitetində yoxlama: nöqsanlar aşkarlanıb

İqtisad Universitetində yoxlama: nöqsanlar aşkarlanıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Hesablama Palatası 2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama aparıb.
Reyting.az
Palataya istinadla xəbər verir ki, yoxlama 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğun olub-olmaması barədə olub:
"Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13263,0 min manat qalıq vəsaiti mövcud olub, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119221,2 min manat vəsait daxil olub və 125086,4 min manat məxaric edilib.
UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8% səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) müvafiq əmrləri ilə 2022-ci ildə 1653,0 min manat və 2023-cü ildə 1100,0 min manat vəsait təhsil işçilərinin, o cümlədən Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991,0 min manat vəsait yalnız Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb.
Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışıb, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı, kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilib.
2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.
İlk olaraq qeyd edək ki, auditlə UNEC-in Nizamnaməsində nəzərdə tutulsa da, Nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də Nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunub.
Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməyib, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunub. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması “Elmi-metodiki Şuranın Əsasnaməsi”nin də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnib, audit olunan dövrdə kənar auditor təyin edilməyib, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.
Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil edib, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmayıb. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilib, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməyib.
Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olub.
Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalıb. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməyib, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.
Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə 27540,9 min manat vəsait icra edilib, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmayıb bu hallar vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməyib.
Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərib. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımı şərait yaradılması ilə bağlı bütün xərclər ödənilib, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilməyib.
Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilib, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilib.
Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilib. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil edib ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.
Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olub, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırıb.
Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnib.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırıb, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilib.
Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olub və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46,0 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınıb.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri