Icma.az
close
up
RU
İqtisadçı: Bankdan kredit götürmək istəyən sahibkarın maliyyə hesabatları şəffaf olmalıdır

İqtisadçı: Bankdan kredit götürmək istəyən sahibkarın maliyyə hesabatları şəffaf olmalıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Sahibkarkarın kredit resurslarına çıxış imkanları necədir? Bu sahədə dövlət dəstəyi istiqamətində hansı iqtisadi tədbirlər həyata keçirilir?

İqtisadçı Xalid Kərimli AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, Azərbaycanda bizneslərin maliyyə çıxışlarında müəyyən çətinkliklər var. Bu, həm obyektiv, həm də iqtisadi çətinliklərdir. Kredit resurslarına çıxışa ən böyük maneə banklar tərəfindən sahibkarlardan tələb edilən girovlardır. Xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarlar bəzən bu girovu təmin edə bilmirlər. Çünki regionlarda əmlakların likvid dəyəri aşağı olur, yaxud da banklar əmlak götürməyə o qədər də maraqlı olmurlar.

Onun sözlərinə görə, kredit resurslarına çıxışda girovun tələb olunması ən böyük maneələrdən biridir. Banklar girov olmadan da kredit verə bilərlər. Bu zaman kredit götürmək istəyən şəxslərlə bağlı məqamlar da ortaya çıxır: “Həmin şəxslərin maliyyə hesabatları qaydasında olmalı, maliyyə hesablatları auditdən keçməli və şirkətin korporativ idarəetməsi yaxşı vəziyyətdə olmalıdır. Təbii ki, regionlarda bir çox hallarda sahibkarlar kustar üsulla fəaliyyət göstərirlər. Əsasən də mikro sahibkarlarda hesabatlar sadə olur, auditdən keçmir. Odur ki, bankların regionlarda bir çox sahibkarlar üçün kredit vermək üçün girovdan başqa alternativi qalmır. Çünki şirkət etibarlı, yaxşı hesabatlılığa malik etibarlı bir qurum olmalıdır. Yaxud da girovu daşınmaz əmlak deyil, biznes aktivləri təşkil etsin”.

İqtisadçı qeyd edib ki, bu baxımdan banklar sahibkarlara kredit verərkən məcbiur qalıb daşımaz əmlak, sərt girovlar tələb edirlər. Digər bir məqam ondan ibarətdir ki, şəffaflığın zəif olması da sahibkarların kreditə çıxışını məhdudlaşdırır. Sahibkar qazancını gizlədə, hesabatında gəlirini gəstərməyə bilər. Nəticədə onun kredit götürmək imkanları məhdudlaşır. Çünki şirkətlərin dövriyyələrinin bir hissəsinin qeyri-şəffaf formalaşdırılması bu sahədə çətinlik yaradır. Odur ki, dövlətimiz şirkətləri öz qazanclarını rəsmiləşdirməyə çağırır.

X.Kərimli, həmçinin vurğulayıb ki, bundan başqa, güzəştli kredit mexanizmləri də mövcuddur. Azərbaycan Biznesinin İnkişaf Fondu müəyyən şərtlərlə güzəştli kreditlər verir. Lakin yenə də müvəkkil banklar girov təminatı -zəmanət təminatı tələb edir. Bununla belə kredit faiz dərəcələri kifayət qədər əlverilşlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri