Icma.az
close
up
RU
2026 ci ilin dövlət büdcəsi iqtisadi və sosial ishalatların davamlılığına təminat verir TƏHLİL

2026 ci ilin dövlət büdcəsi iqtisadi və sosial ishalatların davamlılığına təminat verir TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Nəzərdə tutulan dövlət büdcəsi gəlirlərinin 57,4 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək. 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə qeyri- neft-qaz sektorunun gəlirləri təqribən 11 faiz çox olacaq. Həmişə olduğu kimi, dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq.

Növbəti ildə iqtisadi artımın 2,9 faiz, orta illik inflyasiya səviyyəsinin 4,8 faiz təşkil edəcəyi gözlənilir. Böyük Qayıdış Proqramının icrasına növbəti il üçün 3,5 milyard manat planlaşdırılıb.

Büdcə zərfinin əsas xüsusiyyətlərindən biri, ənənəvi olaraq, onun sosial xarakteri ilə bağlıdır. Sosial yönümlü xərclərin 17,1 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 41%-ni təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir. Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,7 milyard manat nəzərdə tutulur.

Növbəti ildə neft-qaz ÜDM-nin 2,4 faiz azalması fonunda qeyri-neft qaz ÜDM 5 faizlik artımla proqnozlaşdırılır. Bununla da, ölkə iqtisadiyyatının strukturunda qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 72 faizdən 2026-cı ildə 76 faizə, 2029-cu ildə isə 80 faizə çatacağı gözlənilir. ÜDM-də özəl bölmənin payının 81 faizə, təkcə xidmət sektorunun payının isə 43 faizə çatacaq.

2026-cı ildə iqtisadi artım 2,9 faiz proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft, 57 faizi və ya 22,2 milyard manatı qeyri-neft iqtisadiyyatının payına düşür. 2025-ci ilin proqnozu ilə müqayisədə neft-qaz gəlirləri 1,9 milyard manat və ya 10,2 faiz azaldığı halda, qeyri-neft-qaz iqtisadiyyatının gəlirləri 2,1 milyard manat və ya 10,6 faiz çox nəzərdə tutulur. Cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına örtülməsi 2025-ci il üçün 81 faiz proqnozlaşdırıldığı halda, 2026-cı ildə onun 88 faizə, 2029-cu ildə 100 faizə çatdırılması nəzərdə tutulur.

Növbəti ildə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik məqsədilə dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8,7 milyard manat məbləğində vəsait nəzərdə tutulur və bu, cari illə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlərə, təqaüdlərə və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur.

Növbəti ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Bu xərclərin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulur.

2026-cı ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi, o cümlədən enerji, qaz, su təchizatı, nəqliyyat, kənd təsərrüfatı, meliorasiya təyinatlı infrastrukturun, sosial-mədəni və digər layihələrin maliyyələşdirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2,7 milyard manat nəzərdə tutulur.

Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 759 milyon manat həcmində proqnozlaşdırılır. Görülən tədbirlər nəticəsində regionların dövlət büdcəsindən asılılığının aradan qaldırılması tendensiyası öz tempini qoruyur. Növbəti ildə cəmi 1 rayon üçün dotasiyanın ayrılmasına ehtiyac olacaq.

Cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq.

2026-cı ildə büdcə kəsiri 3,1 milyard manat məbləğində proqnozlaşdırılır. Büdcə kəsiri özəlləşdirmədən daxilolmalar, dövlət borclanması və vahid xəzinə hesabının qalığı ilə maliyyələşdiriləcək.

Ümumiyyətlə, son 6 ildə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58%-dən cari ilin son tarixinə 70%-ə yüksəlib. 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə böyüyüb. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir.

Bir sözlə, rəqəmlərdən də göründüyü kimi, iqtisadi və maliyyə təhlükəsizliyimiz normal vəziyyətdədir. Qeyri-neft sektorundakı artım davam edir və büdcənin əsas təminatçısına çevrilir. Bu isə davamlı və tarazlı inkişafın göstəricisidir. Sosial siyasətin daha yaxşı və davamlı həyata keçirilməsi üçün də bu vacibdir.

Büdcə imkanlarımız həm ölkədə müxtəlif sahələrin təmin olunmasına imkan verir, həm də işğaldan azal olunmuş ərazilərimizdə böyük miqyaslı quruculuq işlərinin həyata keçirilməsini təmin edir. Beynəlxalq təşkilatların proqnozlarına görə də Azərbaycan iqtisadiyyatının artım tempi davamlı olacaq. Bu isə ölkəmizin siyasi və iqtisadi nüfuzunu artırır.

Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see209

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see175

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see142

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see139

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri