Icma.az
close
up
RU
İqtisadi inkişafa və sosial rifaha töhfə...

İqtisadi inkişafa və sosial rifaha töhfə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Sahibkarlıq sektoru inkişafda lokomotiv rolunu oynamaqdadır

Sahibkarlıq sektoru dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir və iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır. Bu sahənin inkişaf etdirilməsi dövlətin yürütdüyü iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi ortamüddətli və uzunmüddətli dövrdə diqqətdə saxlanılacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. Qeyd edib ki, hazırda ölkə iqtisadiyyatında yeni dövr başlayıb və iqtisadi inkişafın lokomotivi olan qeyri-dövlət sektoru öz dayanıqlılığını möhkəmləndirməkdədir. Bu bölmə iqtisadi inkişafa töhfə verməklə yanaşı, sosial rifahın yüksəlməsində də əhəmiyyətli rol oynayır. Hazırda qeyri-dövlət sektorunun əməkhaqqı fondunda payı 51 faiz, məşğul əhalinin strukturunda payı 79,1 faiz, yeni yaradılan iş yerlərində payı 91,6 faiz təşkil edir. Bu, sahibkarlıq sektorunun sosial inkişafa töhfəsinin statistik rəqəmlərdə konkret ifadəsidir.

Dövlət-özəl sektor tərəfdaşlığı səmərəli platformaya çevrilib

A.Əmiraslanov əlavə edib ki, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə başlanılması dövlətin sahibkarları tərəf-müqabili kimi dəyərləndirməsindən, onlara güvənməsindən irəli gəlir. Bu dinamika və etibarlı tərəfdaşlıq hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də özünü göstərir, bu bölgədə sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir. Sahibkarların qarşılaşdığı problemlərin çevik həlli üçün yaradılmış əsas mexanizmlərdən biri kimi Əməkdaşlıq şuraları dövlət-özəl dialoqunun ən səmərəli platformalarından birinə çevrilib. Şura həm iqtisadi inkişafda, həm də sosial problemlərin həllində birgə addımlar öz bəhrəsini verir.

Dövlət-özəl sektor əməkdaşlığı dövlətin investisiya gücünə əlavə güc qatır, qeyri-neft sektorunun inkişafına töhfə verir. Bu tərəfdaşlıq qanunun aliliyi, azad rəqabətin qorunması, şəffaflıq və səmərəliliyin artırılması prinsiplərinin də möhkəmlənməsinə səbəb olur. Hazırda işğaldan azad edilmiş ərazilərdə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində bir sıra layihələrin icrası genişlənməkdədir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bir sıra insrastrukturların yaradılmasında dövlət investisiya proqramlarının vəsaitləri ilə yanaşı, özəl bölmənin sərmayələrinin cəlb edilməsi və birgə maliyyə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı tədbirlər müəyyənləşib və həmin plan üzrə əhəmiyyətli layihələr icra olunmaqdadır. Xüsusilə də “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, “yaşıl texnologiyalar”ın tətbiqi üzrə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi yer tutur.

Biznes icmasının azad ərazilərdə payı artır

Sahibkarlığın inkişafı son illərdə azad ərazilərdə həyata keçirilən layihələrin timsalında özünü daha aydın biruzə verir, biznes icması bu bölgədə xüsusi fəallıq ruhunda kiçik və iri layihələrdə yer almağa çalışır. İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sözlərinə görə, ölkəmizdə sahibkarlıq sektorunun payında azad ərazilərdə yeni qeydə alınan biznes subyektlərinin dinamikası ümidvericidir.  Hazırda ölkədə 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb, onların 212 mindən çoxu hüquqi şəxs statusuna malik sahibkarlıq subyektidir. Ümumilikdə, 2020-2024-cü illər ərzində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox olan 96 sahibkarlıq subyekti yaradılıb. Sahibkarlığın inkişafında sənaye sektorunda çalışan biznes və rezidentlərin fəaliyyəti xüsusi aktivliyi ilə seçilir, sənaye sahibkarlığı hazırda azad edilmiş ərazilərdə daha da genişlənir. Ölkədə sənaye parkları arasında potensial imkanlarına görə fərqlənən Ağdam Sənaye Parkı ikinci yerdə qərarlaşmaqla sənaye quruculuğuna böyük töhfə verir.

Sahibkarlardan 2000-dən çox müraciət daxil olub

İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağı böyükdür. İndiyə qədər həmin ərazilərdə biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 2000-dən çox müraciət daxil olub. İqtisadi güzəşt və stimullar isə bu ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsinə təkan verir. Qeyd edək ki, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirməkdədir. Azad edilmiş ərazilərdə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub. Belə ki, “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunublar. Bu da bölgəyə marağın artmasında mühüm amillərdən biridir.  Həmin ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edirlər. Bu güzəştlər son nəticədə azad edilmiş ərazilərdə istehsal, emal, ticarət və xidmət infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, investisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq, sərmayə bumunu təmin edəcək.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri