Icma.az
close
up
RU
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

Icma.az, Apa.az saytına istinadən bildirir.

NEQSOL Holding-in tərkibinə daxil olan Vodafone Ukrayna şirkəti Vodafone Group ilə birgə Avropa ilə Asiyanı birləşdirəcək yeni, yüksək tutumlu Qara dəniz sualtı kabel sisteminin inşasına başlayacaq.

Kardesa adlanan sualtı kabel sistemi Bolqarıstanı, Türkiyəni, Gürcüstanı və Ukraynanı birləşdirməklə bölgədə rəqəmsal marşrutların müxtəlifliyini gücləndirəcək. Tikinti işləri tamamlandıqdan sonra bu sistem region ölkələrində istifadəçilər üçün internetin etibarlılığını, dayanıqlılığını və sürətini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin investisiyaların cəlb edilməsinə və rəqəmsal iqtisadiyyatın sürətli inkişafına töhfə verəcək.

İlk qoşulmanın 2027-ci ildə Bolqarıstanda həyata keçirilməsi planlaşdırılır, daha sonra isə Türkiyə, Gürcüstan və Ukraynada bağlantıların qurulması nəzərdə tutulur. Ukrayna ərazisində tikinti işləri yalnız beynəlxalq səviyyədə tanınmış təhlükəsiz zonalarda aparılacaq.

Ümumi investisiya həcmi 100 milyon avrodan çox olan layihə yüksək tutumlu sualtı texnologiyalar sahəsində dünya lideri olan Xtera şirkəti tərəfindən həyata keçiriləcək. Kardesa sistemi Qara dəniz regionuna saniyədə 500 terabitdən çox ötürmə qabiliyyəti ilə 5G, süni intellekt (AI), striminq xidmətləri və Əşyaların İnterneti (IoT) kimi texnologiyaların genişlənməsi şəraitində sürətlə artan qlobal internet tələbatını qarşılamağa imkan verəcək.

Hazırda sualtı kabel sistemləri beynəlxalq internet trafikin təxminən 97–98%-ni təmin edir, bu isə hər yeni marşrutu qlobal rəqəmsal iqtisadiyyatın dayanıqlılığı üçün son dərəcə vacib edir.

"Kardesa layihəsi daha dayanıqlı və sürətli bağlantıya malik rəqəmsal gələcəyin qurulması istiqamətində mühüm addımdır. Avropa və Asiyanı yeni nəsil infrastruktur vasitəsilə birləşdirən bu təşəbbüs Qara dəniz regionunda innovasiyaların, ticarətin və iqtisadi artımın təməlini möhkəmləndirir. Biz Vodafone Group ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu layihənin bizim texnoloji inkişaf və dayanıqlı rəqəmsal əlaqələrin genişlənməsinə yönəlmiş missiyamıza tam uyğun olduğunu düşünürük,” – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. İnnovasiyalar və məsuliyyətli investisiya strategiyasına əsaslanaraq, NEQSOL Holding uzunmüddətli dəyərin davamlı yaradılmasını təmin edir və fəaliyyət göstərdiyi bazarların inkişafına töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri