Icma.az
close
up
RU
İqtisadi müharibə başladı: İnflyasiya, işsizlik, bahalaşma olacaq...

İqtisadi müharibə başladı: İnflyasiya, işsizlik, bahalaşma olacaq...

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Donald Tramp Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə, demək olar ki, Rusiyadan başqa hamısına yeni gömrük rüsumları tətbiq edib. Ölkəmizə 10 faiz gömrük rüsumu tətbiq olunacaq. Siyahıda Rusiyanın olmamasına səbəb isə bu iki ölkə arasında ticarət əlaqələrinin ümumiyyətlə dayandırılmasıdır.

Donald Tramp istəyir ki, daxili bazarı qorusun, ölkə iqtisadiyyatı canlansın, xaricdən gələn mallara tələbat azalsın. Onun istədiyi qısa vaxt müddətində mümkün olacaq, lakin, uzunmüddətli mərhələdə bu qərarlar həm ABŞ iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına mənfi təsir edəcək.

Tramp Azərbaycana 10% rüsum qoydu Kürsüyə çıxıb dünyanı təhdid etdi - Gərginlik olacaq "Onlar dostumuzdur, amma bizi soyurlar"

Dünya Ticarət Təşkilatı qaydalarına əsasən hər hansı bir ölkənin ticarət maneələri yaratması digər dövlətlərə cavab tədbirləri görmək hüququ verir. Əgər ABŞ-nin tətbiq etdiyi rüsumlar genişlənərsə, digər ölkələr də cavab tədbirlər görəcək və qlobal ticarət müharibəsi yaranacaq.

ABŞ-nin Xəzinədarlıq Katibliyinin rəhbəri Skott Bessent açıqlama verərək bildirib ki, gömrük rüsumlarının tətbiqinə digər ölkələr cavab verməsə yaxşı olar, əks halda gərginlik yarana bilər. O, aşkar şəkildə iqtisadi müharibə ilə bağlı siqnal verib. Bəs Donald Trampın gömrük rüsumları ilə bağlı yeni qaydasının tətbiqi dünya iqtisadiyyatına necə təsir edə bilər?

Trampın bu siyasətinin əsas məqsədi iqtisadi cəhətdən Çindən asılılığı azaltmaqdır. Lakin bu addımın nəticələri təkcə ABŞ iqtisadiyyatı ilə məhdudlaşmır. Donald Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət münasibətlərini gərginləşdirərək istehsalat, istehlak və maliyyə bazarlarına ciddi təsir göstərəcək.

Bu qərardan ən çox Çin və Avropa İttifaqı kimi ABŞ-nin əsas ticarət tərəfdaşları təsirlənəcək. ABŞ bu ölkələrə qarşı daha yüksək tariflər tətbiq etdiyi üçün onlar da öz növbəsində cavab tədbirləri görərək ABŞ mallarına rüsumlar qoya bilər. Bu isə ticarət müharibəsinin daha da dərinləşməsinə və qlobal ticarətin zəifləməsinə gətirib çıxaracaq.

Bahalaşma olacaq

Gömrük rüsumlarının artırılması xarici malların qiymətini bahalaşdıraraq onların rəqabət qabiliyyətini azaldır. Bu isə idxal olunan məhsullara tələbin azalmasına və nəticədə ixracatçı ölkələrin iqtisadi artımının zəifləməsinə səbəb ola bilər.

Daha yüksək rüsumlar bahalaşmaya səbəb olacaq. Xüsusilə gündəlik istifadə edilən məhsullar, elektronika, avtomobillər və sənaye xammalı bahalaşa bilər. Müəssisələr artan xərcləri istehlakçılara ötürdüyü üçün inflyasiya yüksələcək və insanların alıcılıq qabiliyyəti azalacaq. Bu isə iqtisadiyyatda tələbin azalmasına gətirib çıxara bilər.

Məlum məsələdir ki, bir çox ABŞ şirkəti istehsal zamanı xarici xammaldan istifadə edir. Rüsumların artırılması xammalı bahalaşdırdığı üçün istehsal xərcləri artacaq. Bəzi şirkətlər də bu vəziyyətdən çıxış yolu kimi işçilərin ixtisarına başlayacaq. Yəni, idxal məhsullarına rüsum tətbiq edilməsi bəzi yerli istehsalçıları qoruya bilər, lakin uzunmüddətli perspektivdə sənaye sektoruna zərər vuracaq

İnflyasiyanın yüksəlməsi ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini artırmağa məcbur edə bilər. Bu da kredit faizlərinin bahalaşmasına və investisiya imkanlarının azalmasına səbəb olacaq. İnflyasiya nəzarətdən çıxarsa, iqtisadi böhran ehtimalı da güclənə bilər.

Ticarət müharibəsi dərinləşsə...

Xarici ölkələr ABŞ məhsullarına qarşı cavab tədbirləri görsələr, bu, ixracatçı sektorlar üçün ciddi problemlər yaradacaq. Məsələn, Çinin və Avropa İttifaqının ABŞ-nin kənd təsərrüfatı və avtomobil sənayesinə qarşı rüsumlar tətbiq etməsi ABŞ-nin ixracatına ciddi zərbə vura bilər. Bu da iş yerlərinin ixtisarına və işsizliyin artmasına səbəb ola bilər.

Ticarət müharibələri investorlar arasında da narahatlıq yaradır. Bu da öz növbəsində ond bazarlarında dalğalanmalara səbəb olur. Sərmayəçilər riskdən qaçmaq üçün daha etibarlı investisiyalara üstünlük verir. Bununla da bəzi ölkələrin milli valyutaları dəyər itirir, ABŞ dolları isə güclənir. Bu vəziyyət inkişaf etməkdə olan ölkələr üçün iqtisadi çətinliklər yaradır, çünki onların borclanması bahalaşır və maliyyə bazarlarında qeyri-sabitlik artır.

Qlobal bazarlarda qeyri-müəyyənliyin artması korporativ investisiyaların azalmasına və səhmlərin dəyər itirməsinə səbəb ola bilər. Xüsusilə texnologiya, avtomobil və sənaye şirkətlərinin səhmləri Trampın rüsum siyasətindən birbaşa təsirlənə bilər.

ABŞ-nin digər ölkələrə qarşı sərt ticarət siyasəti yürütməsi onların alternativ bazarlara yönəlməsinə səbəb ola bilər. Məsələn, Çin və Avropa İttifaqı ABŞ-dən asılılığı azaltmaq üçün Asiya və Latın Amerikası bazarlarına daha çox diqqət yetirə bilər. Bu isə ABŞ-nin qlobal ticarətdəki payını azalda və uzunmüddətli iqtisadi böhran riskini artıra bilər.

Trampın bu siyasəti qısamüddətli dövrdə bəzi yerli istehsal sahələrinə müsbət təsir edə bilər, lakin uzunmüddətli perspektivdə iqtisadiyyata mənfi nəticələr verəcək. Daha bahalı idxal malları istehlakçıların xərclərini artıracaq, ABŞ sənayesinin istehsal xərclərini yüksəldəcək və ixrac sektorunu zəiflədəcək.

Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət balansını dəyişərək qlobal bazarlarda qeyri-müəyyənlik yaradır. Qısa müddətdə bəzi sahələrdə istehsal və məşğulluğa müsbət təsir göstərsə də, uzunmüddətli dövrdə qlobal ticarətin azalması, istehlak xərclərinin artması, inflyasiyanın yüksəlməsi və maliyyə bazarlarında risklərin artması kimi mənfi nəticələr doğura bilər. Əgər ticarət müharibəsi başlasa, dünya iqtisadiyyatında yavaşlama qaçılmaz olacaq.

Bəxtiyar Umarlı
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see315

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see130

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see123

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see122

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see122

Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23 Noyabr 2025 18:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri