Icma.az
close
up
RU
Qəhrəmanlarımıza ehtiram abidələri

Qəhrəmanlarımıza ehtiram abidələri

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Abidələr təkcə daşdan-dəmirdən, mərmərdən, qranitdən olmur. Yazılan kitab özü də abidədir. Yadigar Təvəkgülün ardıcıl olaraq yazdığı "Qisas" əməliyyatı", "İlğım" və "Qayıtmayan durnalar" kitabları da həmin abidələrdən biridir. Müəllifin başdan-başa ürək yanğısı ilə yazdığı bu kitablar Vətən müharibəsinə və bu müharibədə mərdlik və qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çalmış Ali Baş Komandanımızın, rəşadətli ordumuzun, əsgər və zabitlərimizin, vətən naminə canlarını qurban vermiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin misilsiz hünərinə həsr olunub.

Kitablarda diqqəti cəlb edən bir də odur ki, müəllif öz hiss və duyğularının təsiri ilə qələmə aldığı mövzu ilə təkcə qaynayıb-qarışmır, onun incəliklərinə, dərinliklərinə məharətlə baş vurur və oxucularını da istər-istəməz o məkana çəkib aparır.

"Vətən hünər meydanı, cəsarət meydanıdır" - deyən müəllif düşmən üzərindəki tarixi qələbəmizi Böyük Turan arzusu və Ulu Turanın varlığı ilə əlaqələndirir və şanlı zəfər müjdəsindən iftixarla söhbət açır. Elə bu məqamda xain və məkrli düşmənə üz tutaraq nifrətlə deyir: "Səni bəd və xain əməllərinin, törətdiyin vəhşiliklərin qəzəbindən kim qurtaracaq? Sən unutma ki, əcəlindən kam alıb qurda dönən əsgərlərimizin, şəhid övladlarının yasına, necə deyərlər, toy quran mərd ata-anaların, daim haqq-ədalətə söykənən, vətən bayrağına sarılan oğulları olan qüdrətli bir ölkəyə, igid bir xalqa sənin gücün çatmaz. Necə ki, çatmadı da. Bunun üçün sənin nə gücün, nə haqqın, nə ləyaqətin, nə də qüdrətin var..."

"Qisas" əməliyyatında xüsusi fədakarlıq göstərmiş Nəzər Əzizov və onun kimi şəhidlərimizin timsalında müəllif Vətən sevgisinin müqəddəsliyindən, Vətən yolunda şəhid olmağın xoşbəxtliyindən söz açır. Vətən sevgisini və məğrurluğunu ata-anasından öyrənən Nəzər çətinliklərə məharətlə sinə gərir, ən ağır döyüşlərdə ölümün gözünə dik baxaraq şəhid olur. Ağacəlil atanın, Cəmafət ananın şəhid oğulları barədə ürək sözləri təkcə kədər deyil, həm də məğrurluq və qürur ifadəsi kimi diqqəti cəlb edir:

İçindən qırılıb parçalanmışdı,

İndi kimi vardı əldən tutası?

O, dünən Nəzərin atası idi,

Bu gündən olmuşdu şəhid atası.

Ananın gəldiyi qənaət isə bu misralarda əks olunub:

Sözüm də tükənib "balam" deməkdən,

Yastığı, döşəyi Vətən daşıdır.

Yorğanı qar olub sinəsi üstə

Bəlkə sənin qoynun bizdən yaxşıdır.

Vətənə şəhid verən ata-ana üçün "bu dərd dərdlərin gözəlidir" deyən müəllif ürəkləri, qəlbləri ovudan bu təsəlli ilə vətənpərvərliyin, yenilməzliyin nə qədər böyük və uca olduğunu, eləcə də ürəklərində kədər və fəxarət hissini birlikdə daşıyan ata-ananın vətən yolunda hər şeydən keçməyə hazır olduqlarını faktların dili ilə oxucuya çatdırır.

Zirvədə şığıyan bir qartal idi,

Bir gecə dərəyə endi, Nəzərim.

Düşmənlə qisasdan gözü doymadı,

Əsl Koroğluya döndü Nəzərim - deyən müəllif Nəzərin yadigarları olan azyaşlı körpə uşaqların dilindən cəbhələrdə döyüşən ataya çatdırır ki, ata, sən bizim kimi uşaqlar sevinc içərisində yaşasınlar deyə əsirlikdə qalan həmyaşıdlarımız xilas olsunlar deyə vuruşursan. Buna görə biz səninlə fəxr edirik!

Vətən, Bayraq və ana istəklərini bir rəmz kimi özündə birləşdirən "Bir igid ömrü" poemasında müəllif sıravi döyüşçü Nəzər Əzizovun və digər igidlərimizin nümunəsində qisasın qiyamətə qalmadığından, vətən oğullarının hərbi xidmətə və döyüşlərə ürəklə can atmalarından, general Polad Həşimovun bir sərkərdə kimi igidliyindən, qayğı və mehribanlığından, əsgər və zabitlərimizin ona olan hörmət və ehtiramından bəhs olunur.

İgid əsgərlərin gəzir dilində,

Hamıya diqqəti, mehribanlığı.

Ordumuzun zəfər salnaməsində

Tarixə çevrilib qəhrəmanlığı.

Kitabdakı şeirlərdə Ali Baş Komandanımızın dəmir yumruğu böyük qürur və fəxarət hissi ilə vəsf olunur:

Torpağında illər boyu at oynadan düşməni

Vurub dəmir yumruğuyla məhv etdi Baş Komandan.

Vətənə layiqli övladlar bəxş etməklə mərdanə bir ömür yaşayan ata-anaların əzəməti, oğullara ata-ana tövsiyələrinin gərəkliyi, bu qarşılıqlı istəyin uğurlu nəticələri bu şeirlərdə fəxrlə tərənnüm olunur.

Həmvətənlərimiz, soydaşlarımız vaxtilə düşmən təcavüzü nəticəsində onların əlindən alınmış torpaqlarına qovuşmalı, öz doğma yurd-yuvalarına, el-obalarına qayıtmalıdırlar. Bu arzu və istək müəllifin "Göyçəyə" şeirində də öz əksini tapıb.

"İlğım" kitabında müəllif hərbi təyyarəçi şahini Şaban Yunusovun və onun döyüş yoldaşlarının hünərindən söz açır. Təyyarəçi oğlu ilə fəxr edən, uzun müddət üzünü görə bilmədiyi övladının nə vaxtsa qayıdacağı ümidi ilə gözlərini göylərə dikən ananın ürək çırpıntıları bir-birindən maraqlı misralarda əks olunub. Atasını vaxtsız itirmiş Şabanın hələ kiçik yaşlarından üzləşdiyi çətinliklərdən söhbət açan müəllif "Tükəzban ananın güman yeri, ümid çırağı idi Şaban" deyərək, onun yaşadığı hiss və duyğuları təsirli ifadələrlə əks etdirib.

Müəllif hərbi təyyarəçi Şabanı "göylər qartalı" adlandıraraq yazır:

Vətənin ən ağır, çətin günündə

Bir yerdə dayanıb qərar tutmadın.

Gah oldun təlimdə, gah da döyüşdə,

Evdə dincəlmədin, evdə yatmadın.

Müəllifin "Qayıtmayan durnalar" kitabı Vətən müharibəsində qalib gəlmiş Azərbaycanın mərd oğullarına, o cümlədən Kürdəmir rayonundakı şəhid Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbin şəhid məzunlarına, qazi və müharibə veteranlarına həsr olunub. Adlarını tarixə yazmış şəhidlərimizdən Tahir İslamov, Şaban Yunusov, Mübariz Osmanov, Əsgər Yəhyayev, Teymur İsgəndərli, Qurban Rəhimov, Nəzər Əzizov vaxtilə həmin orta məktəbdə oxuyublar. Adları çəkilən şəhidlərin bir vaxt məzun olduqları məktəbin müəllim və şagirdləri onların xatirəsini daim əziz saxlayır.

Şəhidlərimizə göstərilən daimi hörmət və ehtiram Yadigar Təvəkgülün kitablarında öz geniş əksini tapıb.

Tofiq ABDULLAYEV,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri