Icma.az
close
up
RU
İqtisadi durğunluq, işsizlik, inflyasiya: Mertsin Almaniyasını daha nə gözləyir? Kaspi nin ŞƏRHİ

İqtisadi durğunluq, işsizlik, inflyasiya: Mertsin Almaniyasını daha nə gözləyir? Kaspi nin ŞƏRHİ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ziddiyyətli hərəkətlər Almaniya Kansleri Fridrix Mertsin reytinqinin çökməsinə səbəb olub. Yüz gündən sonra alman seçicilərinin yalnız 30%-i onun hökumət başçısı kimi işindən razıdır. Bu, Mertsin sələfləri ilə müqayisədə eyni dövr üçün ən aşağı göstərici sayılır.

Yüz gün öncə Fridrix Mertsin kanslerliyi rəsmiləşəndə Almaniya tarixində yeni bir səhifə açılacağını proqnoz edənlər artıq yanıldıqlarını etiraf edirlər. Hökumət başçısının ilk 100 gününü adətən "bal ayı" adlandırırlar. Bu dövr başa çatsa da, vətəndaşlar daha yaxşı dəyişikliklər hiss etmədilər. Yüz günün mənzərəsi belədir: iqtisadi durğunluq, artan işsizlik, inflyasiya.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İqtisadi gerilik

Bu ilin ilk altı ayında Almaniya xarici ticarətdə sürəti itirir. Düzdür, ixracatçı ölkə kimi liderliyini saxlayır, lakin Çin və ABŞ bazarında itkilər bu üstünlüyün gələcəkdə darala biləcəyini göstərir. Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertsin kansler seçilməsi postmerkel dövrünün zəif koordinasiyalı siyasətindən sonra Almaniyanın Avropa İttifaqında liderlik iddiasını bərpa etməyə yönəlmiş strategiyanın işarəsi kimi qiymətləndirilirdi. Lakin belə olmadı. Üç partiyanın - Xristian Demokratik İttifaqı (XDİ), Xristian Sosial İttifaqı (XSİ) və Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndələri tərəfindən bu posta irəli sürüldüyü andan problemlər yaşayan Mertsin reytinqi rekord səviyyədə aşağı düşüb. İş o yerə çatıb ki, qara-qırmızı hökumətin mövcudluğu yüzgünlük həddə çatmadan faktiki olaraq sual altına düşüb. Problemlər ard-arda gəlir. Merts dövlət borcunun həcmini artırmaq imkanı əldə etmək üçün Almaniya tarixində misli görünməmiş Konstitusiyanı dəyişdirmək manevrinə getməli olub. Lakin yüzmilyardlarla avro əlavə kredit Mertsə az kömək etdi, çünki onun səylərini Aİ və ABŞ arasında alovlanan ticarət müharibəsi, demək olar ki, heçə endirdi. Yay tətilinə getməzdən əvvəl hökumət, hətta 2025-ci il üçün büdcəni Bundestaqda təsdiq edə bilmədi. Kansler büdcədə yaranan boşluqları sosial xərcləri azaltmaq hesabına doldurmağa qərar verdi. Belə davam edərsə, koalision hökumət dağıla və yeni seçkilər keçirilə bilər.

Xarici siyasətdə yüz gün

Mertsin ilk yüz gündə fəaliyyətinin ağırlıq mərkəzini xarici siyasətə köçürdüyünü deyənlər də var. Onun beynəlxalq arenada ilk addımlarından biri mayda Ukraynada atəşkəsə razılıq vermək məqsədilə Rusiya dövlətinin başçısına qarşı "ultimatum" irəli sürməsi oldu. Hələlik kanslerin özünü Avropanın lideri kimi göstərmək cəhdləri daha çox nümayişkaranə və deklarativ xarakter daşıyır. Eyni zamanda, onun Qəzza sektoru ilə bağlı mövqeyinə görə İsrailə hərbi yardımı dayandırmaq barədə son qərarı XDİ və xüsusilə XSİ sıralarında tənqidlə qarşılanıb. Bir sıra nəşrlər Mertsi Kiyevlə hərbi sahədə əməkdaşlığını nəzərə alaraq, ikili standartlarda günahlandırırlar. Nəticədə, ziddiyyətli hərəkətlər onun reytinqinin çökməsinə səbəb olub. Bu gün alman seçicilərinin yalnız 30%-i onun hökumət başçısı kimi işindən razıdır. KİV xatırladıb ki, yüz gündən sonra Şoltsda bu göstərici 43%, Angela Merkeldə isə 65% təşkil edirdi. Almanların 60%-i hökumətdən narazıdır, onun fəaliyyətini yalnız 27% bəyənir ki, bu da iyul ayındakı 44% narazı və 37% razı olanlarla müqayisədə əhəmiyyətli pisləşmədir.

"Kansler heç bir sözünü tutmadı"

"Kleine Zeitung" nəşri yazır ki, Merts bir çox seçki vədini yerinə yetirə bilməyib:

"Daha az miqrant, daha çox iqtisadi artım, daha qənaətli, lakin yenə də etibarlı sosial sistem, mükəmməl infrastruktur - hamısı da yeni borclanma olmadan. Kansler bunların, demək olar ki, heç birini hələ reallaşdıra bilmədi və ya reallaşdırmaq istəmədi. Əlimizdə yalnız Şoltsun və Angela Merkelin ilk yüz günündən daha çox geridə qalan pis şəxsi rəqəmlər var".

Şolts hökuməti ilə paralellik aparan "Neue Zürcher Zeitung" islahatların yetərsiz qaldığını yazıb: "Hökumətin iqtidarda keçirdiyi yüz gündən sonra qonaqlıq artıq bitdi. Qara-qırmızı ittifaq əslində əlindəkini qorumağa çalışan bir qorxaq kimi davranır. Bir zamanlar var olan islahat istəyindən isə demək olar ki, əsər qalmayıb. Hökumət sosial dövləti kiçiltmək əvəzinə, getdikcə çürüyən bir sistemi möhkəmlədir və nəhəng bir borc dağı yaradır. İqtisadiyyatı canlandıracaq addımlar atmaq əvəzinə, subsidiyalarla onu keyləşdirir".

"Siyasi intiharın şah əsəri"

"The Spectator" ilk 100 gündən ən çox AfD-nin qazanclı çıxdığını vurğulayır:

"Sadəcə siyasi bacarıqsızlığa şahid olmuruq, eyni zamanda demokratiyanın populistlərə qızıl nimçədə təqdim edilməsini də izləyirik - özü də müdafiə edildiyi zənn edilərək. Merts mühafizəkarların etibarlılığını yenidən təsis edəcək xilaskar kimi ortaya çıxmışdı. Amma bunun əvəzinə iqtidar illüziyası uğruna prinsiplərindən imtina etməyə hazır, onurğasız başqa bir siyasətçi olduğu anlaşıldı. Bu, ilk 100 gün bir uğursuzluq deyil, daha təhlükəli bir şeydir: hökumət fəaliyyəti qiyafəsində səhnələşdirilmiş bir siyasi intiharın şah əsəri. AfD-yə buraxsaq, bundan yaxşı bir əsər ortaya çıxara bilməzdi".

Beləliklə, Fridrix Mertsin kanslerliyi ilə Almaniyada və Aİ-də yeni bir dövrün başlandığını söyləmək artıq mümkün deyil. Onun rəhbərliyi altında Berlin həm iqtisadi, həm də geosiyasi baxımdan Aİ-nin əsas güc mərkəzinə çevrilmək iddiasını itirmək üzrədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri