Icma.az
close
up
RU
İqtisadi Zirvənin siyasi yükü Bu dəfə mesaj Xankəndidən verilir

İqtisadi Zirvənin siyasi yükü Bu dəfə mesaj Xankəndidən verilir

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlham İsmayıl: “Xankəndidəki tədbir Azərbaycana düşmən münasibət bəsləyən qüvvələrə bir cavabdır və hər kəs bu mesajdan öz payını alacaq”

Yekaternburqda Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının azərbaycanlıların yaşadığı evlərə kütləvi basqınları, zorakı yollarla absurd ittiham irəli sürərək onlarla insanı saxlaması, vəhşiliklə iki azərbaycanlını öldürməsi Azərbaycan-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olub. Moskva-Bakı xəttində münasibətlərin kəskinləşdiyi bu günlərdə isə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçirilir. Bu gün keçiriləcək sammitdə Türk Dövlətləri Təşkilatının (TDT) liderləri, həmçinin dost Pakistanın Baş naziri, İranın Prezidenti iştirak edirlər. Artıq bəzi ölkə liderləri dünəndən Xankəndidədirlər və bu gün keçiriləcək tədbirdə iştirak edəcəklər. "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan qüvvə və dövlətlərə mesajların veriləcəyi gözlənilir. Görüşün mövzusu davamlı inkişaf və iqlimədayanıqlı iqtisadi əməkdaşlıq olacaq. Amma ekspertlər bildirirlər ki, açıq şəkildə deyilməsə də, belə beynəlxalq tədbirin işğaldan azad edilən Xankəndidə keçirilməsinin özü özlüyündə həm də siyasi mesaj xarakterlidir.

Yeri gəlmişkən, Moskvadan Bakıya yönəlik mesajlar da səngimir. Dünən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Azərbaycan əlaqələrinin önəmindən danışarkən sətiraltı mesajını da unutmayıb. Zaxarova “Azərbaycanla Rusiyanın vaxtilə vahid dövlətdə olduğunu” deməklə ölkəsinin imperiya xislətini bir daha ortaya qoymuş olub.   

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladıb ki, Azərbaycan artıq üçüncü dəfədir ki, İƏT-nın sammitinə ev sahibliyi edir:

- Amma bu gün keçirilən Zirvə görüşünün həm zaman, həm də məkan baxımından önəmi böyükdür. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazilərini işğaldan azad edib və suverenliyimiz tam bərpa olunub. Məkan isə o məkandır ki, on illərdir erməni separatçılarının qaranlıq, şər yuvasına çevrilmiş şəhərdə, bu gün işıqlı məkan olan Xankəndidə belə bir tədbir keçirilir. Bunun özü Ermənistana da, maraqlı dövlət və qüvvələrə də, dünyaya da bir mesajdır. Tədbirə gələn qonaqların da kimliyi önəmlidir. Türkdilli dövlətlərin rəhbərlərinin tədbirə gəlişi indiki zamanda ən böyük mesaj deməkdir. Bu Zirvənin iqtisadi tərəfləri bir yana, siyasi yükü daha ağırdır. Rusiya ilə Azərbaycan arasında gərginlik yaşandığı, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda, Cənubi Qafqaza diplomatik hücumların edildiyi bir zamanda belə bir tədbirin Xankəndidə baş tutması sıradan hadisə deyil. Zirvə özlüyündə Rusiyaya, bölgədə təsir imkanlarını gücləndirmək istəyən qüvvələrə mesaj xarakteri daşıyır. Eyni zamanda, Ermənistandakı revanşist qüvvələrə də deyilir ki, xam xəyallardan uzaq olsunlar. Çünki həmin qüvvələr hələ də düşünürlər ki, Qarabağı yenidən işğal edə bilərlər. Bu gün Rusiya-Azərbaycan gərginliyindən istifadə etməyə çalışan erməni revanşistləri deyirlər ki, Qarabağın yenidən işğalı ilə nəticələnə bilər. Belə bir vaxtda Xankəndidə liderlərin beynəlxalq təşkilat çərçivəsində görüşməsi önəmli faktdır. Bu, Azərbaycanın gücünün, perspektiv imkanlarının nümayişidir. Yenə deyirəm, sammitin mahiyyəti iqtisadiyyatla bağlı olsa da, siyasi çəkisi daha ağırdır.

- Həmin qüvvələr Xankəndidən verilən mesajı alacaqmı?

- Xankəndidəki tədbir Azərbaycana düşmən münasibət bəsləyən qüvvələrə bir cavabdır və hər kəs bu mesajdan öz payını alacaq. Hesab edirəm ki, Xankəndidəki Zirvənin əks-sədası anti-Azərbaycan qüvvələrin hər birinə təsirlərini göstərəcək. Bu gün Azərbaycanı hədələyən, perspektivdə Qarabağda yenidən separatizmi alovlandıra biləcəyini düşünən qüvvələrin, konkret olaraq Rusiyanın cavabı İƏT-in Xankəndidəki sammiti ilə verilmiş olur. Nəzərə almaq lazımdır ki, tədbirə qatılan liderlər kifayət qədər güclü dövlətlərin liderləridir. NATO ölkəsi olan Türkiyənin Prezidentinin, nüvə silahına malik Pakistanın Baş nazirinin sammitə qatılması tədbirin siyasi ağırlığından xəbər verir. Bu, həmçinin Azərbaycanın gücü deməkdir. İndiki zamanda və məkan baxımından İƏT-in Azərbaycandakı üçüncü Zirvəsi çox mühüm əhəmiyyət kəsb edir.

- Belə bir məqamda Rusiyadan gələn mesajlar da diqqət çəkir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Azərbaycan əlaqələrindən danışarkən tarixə ekskurs edib və orada bir cümlə işlədib: “Vahid dövlətin tərkibində olduğumuz bir dövr”. Sizcə, bununla rəsmi Moskva nə demək istəyir?

- SSRİ dağılandan sonra Rusiyanın apardığı əsas siyasi xətlərdən biri budur ki, postsovet məkanı mütləq Rusiyanın təsiri altında olmalıdır. Zamanında MDB-ni yaradanda da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılanda da, sonradan Avrasiya İqtisadi İttifaqı (Aİİ), Gömrük İttfaqı (Gİ) yaradılanda da Rusiyanın bir məqsədi olub – postsovet ölkələri Moskvadan uzaqlaşmasın. Düzdür, Azərbaycan nə KTMT-də, nə Aiİ-də, nə Gİ-də, nə də ki, Rusiya çətiri altında olan digər qurumlarda təmsil olunmur, amma Rusiya postsovet ölkəsi kimi, Azərbaycana da hər zaman önəm verib. Moskva əsas diqqəti ona yönəldir ki, zamanında “vahid dövlətdə” olmuşuq, indi də bu qorunub-saxlanmalıdır. Bilirsiniz, 35 ildir müstəqil olan dövlətləri Rusiya hələ də öz vassalı kimi görmək istəyir. Zaxarovanın dedikləri də Rusiyanın siyasətinin əsl mahiyyətini göstərir. Azərbaycanın müstəqilliyini, müstəqil xarici siyasətini, güclənməsini, ərazilərini azad etməsini, suverenliyini bərpa etməsini Moskvadakılar hələ də sinirə bilmirlər. Nəinki sinirə bilmir, müstəqilliyimizə təhdid yarada biləcək addımlar atılır. Azərbaycanın müstəqilliyini qəbul etsələr də, müstəqil siyasət yeritməyimizi qəbullana bilmirlər. Son vaxtlar baş verən hadisələr də rəsmi Bakının müstəqil siyasət aparmasının, Moskvanın dedikləri ilə oturub-durmadığının nəticəsidir. Məsələ heç də miqrant məsələsi deyil, Azərbaycanın apardığı siyasətdir. Amma unutmasınlar ki, Azərbaycan 35 il bundan əvvəlki Azərbaycan deyil. Heç Azərbaycan 5 il bundan əıvvəlki Azərbaycan da deyil. Ona görə də, Rusiyanın mesajları, təhdidləri əbəsdir. Azərbaycan müstəqil, suveren və güclü dövlətdir. Öz gücü və dost ölkələrin dəstəyi ilə Azərbaycan təhdidlərin qarşısını ala bilən, müstəqilliyini və suverenliyini qoruya bilən dövlətdir. Bu gün yəqin ki, Xankəndidən bir daha bu mesaj istər Rusiyaya, istərsə də digər anti-Azərbaycan qüvvələrə mesajlar veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 İyul 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri