Icma.az
close
up
RU
İqtisadiyyatda özəl sektorun payı 80 faizi keçib

İqtisadiyyatda özəl sektorun payı 80 faizi keçib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizdə dövlət-özəl sektor əməkdaşlığı sahibkarlığın inkişafına, vergi sisteminin təkmilləşdirilməsinə və biznes mühitinin daha əlverişli olmasına böyük töhfə verib. Vergi sistemində rəqəmsallaşmanın tətbiq edilməsi, dövlət-özəl sektor arasında səmimi və açıq münasibətin yaradılması, hökumətdə iş adamlarının üzləşdikləri problemlərin həllinə həssas yanaşılması bu müsbət imicin formalaşmasında müstəsna rol oynayıb. 

Bütün bunlar barədə İqtisadiyyat Nazirliyində “Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda ətraflı danışılıb. Bildirilib ki, vergi siyasətinin liberallaşdırılması və biznesin inkişafına yaradılan əlverişli şərait nəticəsində sahibkarlıq subyektlərinin sayı ilbəil çoxalıb, iqtisadi fəallıq yüksəlib. Qarabağ və Şərqi Zəngəzurun inkişafı istiqamətində atılan addımlar, bu coğrafiyada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri nəticəsində özəl investisiya qoyuluşu sürətlənib. Xüsusən də kənd təsərrüfatı sektorunun vergidən azad olması bu strateji sahədə sahibkarlıq subyektlərinin sayının artmasına müsbət təsir  göstərib.  

25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə vasitələrindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu  gerçəkləşdirən orqan olduğu,  eləcə də vergi ödəyicilərinin sayının  2019-cu illə müqayisədə 1,8 dəfə artaraq ötən il 806,9 minə yüksəlməsi, iqtisadiyyatda özəl sektorun payının 80 faizi keçməsi yuxarıda vurğulanan fikrin bariz ifadəsidir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri