Icma.az
close
up
RU
Menu

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

“İQTİSADİYYATDA PROBLEMLƏR GETDİKCƏ ARTACAQ...” “Azərbaycanın uğurlu xarici siyasəti daxili siyasətdə də əks olunmalıdır”

“İQTİSADİYYATDA PROBLEMLƏR GETDİKCƏ ARTACAQ...” “Azərbaycanın uğurlu xarici siyasəti daxili siyasətdə də əks olunmalıdır”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Pənah Hüseyn:“Rusiyanın yaratdığı problemlər və məhdudiyyətlər vəziyyəti çətinləşdirə bilər”

“Uşaqpulunun üç qatı qədər vəsait mebel üçün xərclənir”

Azərbaycan Xalq Partiyasının (AXP) keçmiş sədri, keçmiş baş nazir Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində siyasi gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Müsahibənin iikinci hissəsini oxuculara təqdim edirik:

(Əvvəli burada: https://azpolitika.info/?p=804161)

- Konstitutusiyada hansı dəyişiklikləri görmək istəyirsiz?

- Mən də narahat olanlara qoşuluram ki, insanın bir bioloji növ kimi varlığına müəyyən təhdidlər var. Onlardan biri də sosial həyata aiddir və bu, sosial həyatın, o cümlədən siyasi cəhətdən reqlamentasiyası məsələsini də gündəmə gətirir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin çıxışlarında da milli-mənəvi dəyərlər məsələsinə toxunulduğunu görürük. Amma bunun konstitusion təsbiti məsələləri üzərində işləmək lazımdır. Bu, mütəxəssislərin, hüquqşünasların işidir. Ümumiyyətlə, təkcə hüquqşünasların yox, həm də insanşünaslıq üzrə mütəxəssislərin işidir və məncə, bu məsələ öz əksini tapmalıdır.

Sosial dövlət məsələsi bizdə təsbit olunub, ümumi şəkildə mövcuddur, amma sosial dövlət siyasəti aparılmır. Məsələn, uşaqpulu məsələsi sosial dövlətin əsas ünsürlərindən biridir. İşsizliyə görə məsələlər, müxtəlif qanunlarda təminatlar var. Amma bir daha təkrar edirəm, bəzi məsələlərin Konstitusiyaya gətirilməsinə ehtiyac var və bunların reallaşması da təmin edilməlidir. Bu baxımdan hazırda referendumla bağlı söhbətlər gedir. Hətta konkret tarix də səslənir.

- Bu barədə informasiyanız var?

- Noyabrın 12-də olacağı deyilir. Əlbəttə, bunu inkar edənlər də var. İdarəçilik və s. ilə bağlı əsas gözlənilən bir neçə məsələ mövcuddur. Onlardan biri Naxçıvanın Konstitusiyası ilə bağlıdır. Düzdür, deyilir ki, bu, o qədər də tələb olunmur. Belə çıxışları eşitmişəm. Söhbət Milli Məclisdəki müəyyən mütəxəssislərdən və hüquqşünas deputatların dediklərindən gedir. Deyilənə görə, üç-dörd müxtəlif, hətta bir-birilə üst-üstə düşməyən modellərə əsaslanan konstitusiya dəyişiklikləri, hətta yeni Konstitusiya layihəsi ortadadır. Mən ümumiyyətlə, hesab edirəm ki, 2020-ci ildən sonra Azərbaycan yeni mərhələyə daxil olub və yaxud, yeni mərhələyə daxil olmağa hazırdır. Buna görə, artıq yeni Konstitusiya lazımdır. Mən bu tezisi doğru hesab edirəm.

Yeni Konstitusiyanın qəbul edilməsi, əlbəttə ki, asan məsələ deyil. Xüsusi komissiya yaradılmalı, işləməli, Konstitusiya ictimai müzakirəyə çıxarılmalıdır. Bu baxımdan, böyük ehtimalla, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi daha real görünür. Məncə, yuxarıda qeyd etdiyimiz bəzi məsələlər də orada öz əksini tapmalıdır. Çünki bizim öyrəndiyimiz şablon belə olub: həmişə xarici siyasət daxili siyasətin davamıdır. Amma indi müasir dövrdə bütün dünyada bir sıra hallarda xarici geopolitik məsələlərin iç-içə olması, münasibətlərin ciddi rol oynaması daxili siyasətdə, o cümlədən təhlükəsizlik məsələlərində prioritetə çevrilir. Müxtəlif ittifaqlar, qloballaşma, o cümlədən siyasi qloballaşma çox hallarda daxili siyasətin xarici siyasətin davamı olmasını tələb edir.

- Azərbaycanda bu proses necə gedir?

- Son dövrdə bizdə də bu proses diferensial şəkildə gedir: bir tərəfdən Şanxay təşkilatı, digər tərəfdən Amerika Birləşmiş Ştatları ilə münasibətlər, böyük ehtimalla Avropa ilə yenidən müəyyən əlaqələrin gündəmə gəlməsini tələb edir. O baxımdan mən hesab edirəm ki, Azərbaycanın indiki geosiyasi vəziyyəti və yürüdülən xarici siyasət öz əksini daxili siyasətdə tam tapmır. Yəni hesab edirəm ki, Azərbaycanın uğurlu və müəyyən nailiyyətləri olan xarici siyasəti daxili siyasətdə də əks olunmalıdır. Bu baxımdan da dediyimiz dəyişikliklərin bir şərti olaraq bunu hesab edirəm və real sayıram.

Maraqlı məsələlərdən birini də xatırladım. Hazırda bütün dünyada, eləcə də bizdə siyasətdə subyektiv amilin rolu artıb. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Əlbəttə, institutlar, dövlət aparatı, hakimiyyət bölgüsü qalır və hər biri öz funksiyasını yerinə yetirir. Lakin hər halda, dövlət başçısının şəxsi iradəsinin rolu çox artıb. Mən dəfələrlə bu məsələyə toxunmuşam. Düzdür, hələlik geniş diskussiya başlamayıb. Normalda institutlar işləməlidir, qanun işləməlidir. Strateji məqsədimiz hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaqdır. Amma fakt odur ki, tarixin müəyyən dövrlərində siyasi iradə həlledici rol oynayır.

Mənim fikrimcə, Azərbaycanın xarici siyasətində də son vaxtlar dramatik dəyişikliklər müşahidə olunur. Hamı görür ki, dövlət başçısının iradəsi burada mühüm rol oynayır. Bu, gələcəkdə də özünü göstərə bilər. Ən azı arzu edək ki, bu, ölkəmiz üçün müsbət nəticələr versin.

-Pənah bəy, Konstitusiya dəyişikliyini zəruri edən səbəblərdən biri kimi idarəetmə sahəsində dəyişikliklərin zəruriliyi göstərilir. Szicə, bu sahədə nələr dəyişməlidir?

-Hesab edirəm ki, vaxtı çoxdan çatmış məsələlərdən biri də Nazirlər Kabinetinin həm səlahiyyətlərinin, həm də məsuliyyətinin artırılmasının Konstitusiya səviyyəsində təsbit edilməsidir. Artıq bu barədə danışılır və bu məsələ gündəmə gətirilir. Mən prezidentlik idarə üsulunun tərəfdarıyam. Bununla yanaşı, parlamentin də demokratikləşməsi üçün, hətta müəyyən dövrdə qarışıq idarəçilik sisteminin tətbiqi barədə düşünmək mümkündür və bunu həyata keçirmək olar. Prezident icra hakimiyyətinin başında dayanmalıdır, amma eyni zamanda güclü səlahiyyətli parlament, müstəqil məhkəmə sistemi və hesabatlı Nazirlər Kabineti olmalıdır. Hesab edirəm ki, Nazirlər Kabinetinin də səlahiyyətləri artırılmalı, ona qanunvericilik təşəbbüsü hüququ verilməlidir.

- Bəs bələdiyyə institutunun gücləndirilməsi üçün Konstitusiya çərçivəsində nə etmək lazımdır?

- Açıq şəkildə görünür ki, bu sahədə hələ ciddi nəticə yoxdur. Amma nəzəri baxımdan yerli özünüidarənin gücləndirilməsi, vilayət idarəetmə sisteminin yaradılması, hətta yerli icra hakimiyyətinin ləğvi məsələsi referendumda gündəmə gətirilə bilər. Çünki bu, sadə məsələ deyil – illər tələb edir. Bizdə bələdiyyə sistemi hələ tam oturuşmayıb. Bu səbəbdən də iri şəhər bələdiyyələrinin yaradılması istiqamətində addımlar atılsa, problemlərin müəyyən qədər öhdəsindən gəlmək mümkün olar.

- Pənah bəy, Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi ilə bağlı ilkin proqnozları açıqladı. Məlum olur ki, gələn il büdcə cüzu artır. Azərbaycanın qarşısında duran çağırışlar baxımından bu, nə deməkdir?

- Qəbul olunan büdcə layihəsində xərclər və proqramlar müəyyən olunur, amma büdcəyə real nəzarət imkanları zəifdir. Məsələn, Prezidentin Ehtiyat Fondu o qədər böyükdür ki, istənilən sahəyə sərəncam və fərmanla əlavə maliyyə yönləndirmək mümkündür. Bu isə parlamentin büdcə üzərində təsirini azaldır. Açığı, mən hazırda konkret büdcə sənədləri ilə tanış deyiləm, amma Milli Məclisdə müzakirələrin yaxın günlərdə başlanacağı gözlənilir. Büdcə xərclərinin artmaması ciddi maliyyə problemlərindən xəbər verir.

Digər tərəfdən, büdcədənkənar fondların vəziyyətinə baxmaq vacibdir. Son analizlər göstərir ki, Azərbaycanın hətta təhlükəsizlik məsələlərinin bir qismi də məhz büdcədənkənar fondlar hesabına maliyyələşir. Bu, maliyyə siyasətində mühüm rol oynayır.

Üçüncü məsələ sosial dövlət prinsipidir. Sadə dillə desək, uşaqpulu məsələsi gündəmə gəlir. Amma görünür ki, bu sahədə ciddi islahatlar planlaşdırılmır. Çünki tez-tez belə bir arqument gətirilir: guya əgər 18 yaşına qədər bütün uşaqlara — varlıya da, kasıba da — uşaqpulu versək, bu, çox böyük xərc tələb edəcək. Halbuki, ehtiyacı olmayanlar bu vəsaiti dövlətə qaytara bilər. Amma nəticədə uşaqpulu ödənişləri hələ də tətbiq edilmir. Bəziləri bunun üçün 3-4 milyard manat tələb olunduğunu deyirdilər. Amma təxminən 1.5 milyardla başlamaq mümkündür. Mənim fikrimcə, hər il büdcə paketi gələndə oradakı korrupsiya yönümlü müəyyən xərclər ciddi şəkildə təftiş olunmalı və azaldılmalıdır. Yəni əslində, korrupsiya məqsədilə ayrılan vəsaitlərin qarşısı alınmalıdır.

Bir məsələ də ünvanlı sosial yardımla bağlıdır. Bu, sosial xərclərə aid edilir. Amma idarəçiliklə bağlı konkret proqramlara baxanda bəzən görürəm ki, hansısa dövlət idarəsinə mebel alınmasına ayrılan vəsait onların əməkhaqlarının artırılmasından daha çoxdur. Məsələn, uşaqpulunun üç qatı qədər vəsait mebel üçün xərclənir. İnanın, bunu ümumi söz kimi demirəm. İqtisadçılar deyirlər ki, bizə Nazirlər Kabinetinin təqdim etdiyi büdcə layihəsini verirlər, biz isə oradan 15-20 faiz ixtisar edə biləcəyimizi göstəririk. Bu ixtisar dövlət idarəçiliyinə zərər vurmadan həyata keçirilə bilər və həmin vəsait sosial sahələrə, elmin və ya təhsilin inkişafına yönəldilə bilər.

- Gələn il səhiyyə xərclərində də cüzi artım olacaq…

-Açığı, icbari tibbi sığorta sistemi bərpa olunandan sonra vəziyyət müəyyən qədər dəyişib. Amma, məsələn, xərçəng xəstəliyinə qarşı mübarizə ilə bağlı məsələ hələ də açıq qalır. Qanuna görə, xərçəng xəstəliyindən müalicə ödənişsiz olmalıdır. Lakin bu, tibbi sığortaya daxil olmadığı üçün ildə 50–100 milyon manatlıq vəsait ayrılmalıdır. Bir sıra mütəxəssislər deyirlər ki, əgər 50–100 milyon manat vəsait ayrılsa, bu, minlərlə xəstənin həyatına təsir göstərə bilər. Mən özüm bu sahədə mütəxəssis deyiləm, amma fikrimcə, bu istiqamətə maliyyə yönəltmək mümkündür və vacibdir. Büdcədə cüzi artımın olması başqa tərəfdən narahatlıq doğurur. Bu, göstərir ki, maliyyə problemləri gizlədilmir, amma yenə də qəliz vəziyyət mövcuddur. Çünki Neft Fondundan gələn milyardlarla gəlir hələlik təminat versə də, neft hasilatının keyfiyyəti və həcmi ilə bağlı problemlər yaranıb. Neft hasilatının azalması qaz hasilatının artımı ilə müəyyən qədər kompensasiya olunur, amma onu tam şəkildə əvəz edə bilmir. Bu problemlər şübhəsiz ki, getdikcə artacaq.

-Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik sahəsinə ayrılan xərclər artırılıb. Yəni, ötən illərdəki dinamika saxlanılır…

-Hazırda büdcədə ən prioritet istiqamət məhz budur. Təhlükəsizlik sahəsinə daha çox vəsaitin ayrılması doğru hesab edilir. Yaxın 5–10 ildə də bu istiqamətdə addımlar davam etdiriləcək. Ordunun güclənməsi, əsgər və zabitlərimizin həyat şəraitinin yaxşılaşdırılması, onların əməkhaqlarının artırılması sosial sahədə ciddi önəm daşıyan məsələlərdəndir.

-Rusiya ilə münasibətlərdə yaranan problemlər əhalinin sosial vəziyyətinə mənfi təsir edə bilərmi?

-Əlbəttə, Rusiyanın yaratdığı problemlər, kənd təsərrüfatına tətbiq olunan gizli sanksiyalar və Azərbaycanın ixrac imkanlarına qoyulan məhdudiyyətlər vəziyyəti çətinləşdirir.

Digər tərəfdən, əhalimizin maddi rifahı da xeyli dərəcədə miqrantların ölkəyə göndərdiyi vəsaitlərdən asılıdır. Bu sahədə də artıq problemlər yaranır. Xüsusilə Rusiya ilə bağlı problemlər indi daha qabarıq görünür. Ona görə də, bu şəraitdə fərqli və daha ciddi iqtisadi strategiya hazırlanmalı və həyata keçirilməlidir.

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see145

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see141

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see140

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see136

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see134

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see131

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see130

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see129

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see128

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see128

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see126

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see125

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see125

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see124

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see124

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see120

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri