Icma.az
close
up
RU
İQTİSADİYYATIMIZ ÜÇÜN “ÜDM SİQNALI” Ölkəmizin iqtisadi göstəriciləri nədən biabırçı həddə düşüb?

İQTİSADİYYATIMIZ ÜÇÜN “ÜDM SİQNALI” Ölkəmizin iqtisadi göstəriciləri nədən biabırçı həddə düşüb?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan son illərdə siyasi, diplomatik, hərbi sahələrdə bütün dünyada özündən söz etdirsə də, iqtisadi sahədə durğunluq, hətta geriləmə nəzərə çarpmaqdadır. Bunu beynəlxalq maliyyə institutları da qeyd edirlər.

Beynəlxalq Valyuta Fondunun yeni məlumatlarına görə, Azərbaycan adambaşına düşən ÜDM-in həcminə görə Cənubi Qafqazda sonuncu yerdədir. Bu sahədə neft və qaz kimi heç bir təbii sərvəti olmayan Gürcüstan və Ermənistandan belə geri qalırıq. 2025-ci ildə Azərbaycanda bu rəqəm 7,6 min dollar ikən, Gürcüstanda 9,57 min dollar, Ermənistanda isə 8,86 min dollar olub.

Digər neft-qaz ölkəsi olan Qazaxıstanda bu göstərici 14,77 min dollara yüksəlib. Artıq bu ölkə tarixdə ilk dəfə Rusiyanı (14,26 min dollar) üstələyərək MDB ölkələri arasında birinci yeri tutub. Üçüncü yerdə 13,34 min dollarla Türkmənistan qərarlaşıb.

Bütün postsovet məkanında yalnız Baltikyanı ölkələr Qazaxıstandan yüksəkdir. Onların da arasında Estoniya 32,76 min dollarla liderdir.

Beləliklə, Azərbaycanda adambaşına düşən ÜDM Qazaxıstandakından demək olar iki dəfə azdır. Niyə? Ümumilikdə Azərbaycanın iqtisadi vəziyyətinin ürəkaçan olmamasında sözsüz ki, hökumətin və onun iqtisadi komandasının xüsusi “əməyi” var.

Bu məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli də paylaşım edib: “Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında:

- Azərbaycanda ÜDM cəmi 0,9% artıb,

- Gürcüstanda ÜDM 8,6% artıb,

- Ermənistanda ÜDM 5,2% artıb

Adam yanıb-tökülür, Azərbaycan Dövləti və Xalqı möhtəşəm hərbi qələbə qazandı, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran yeganə post-sovet respublikasıdır, rəsmi Bakı gözəl diplomatik gedişlərlə məmləkət üçün işlək “təhlükəsizlik çətiri” qurdu. Prezident Əliyev bu günlərdə Vaşinqtonda imzalanan sənədlərin əsas müəllifi, o görüntünün əsas təşkilatçısı kimi böyük işlər gördü – amma, iqtisadiyyatımız ağır duruma düşür.

Hökumətin bacarıqsız iqtisadi komandası iqtisadyyatdakı problemləri görmür, görmək istəmir, ciddi islahatlardan qaçır, nəticədə iqtisadi aktivlik zəifləyir, insanların real gəlirləri azalır, inflyasiya, qiymətlər isə kəskin artır. ÜDM-in 0,9% artımı, əslində ressesiyadır, belə artım olmur, 0,9% inflyasiyanın gətirdiyi multiplikativ effektdir.

Bu Xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil axı!”

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri