Icma.az
close
up
RU
“İqtisadiyyatımızda turizmin payı sürətlə artır” Əli Məsimli

“İqtisadiyyatımızda turizmin payı sürətlə artır” Əli Məsimli

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli müzakirəyə çıxarılan mövzu ilə bağlı çıxış edib və təkliflər irəli sürüb.

Əli Məsimli öz çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılmasından danışılarkən “neftdən sonra nə” sualına cavab verilərkən çox vaxt kənd təsərrüfatının adı çəkilir. Bu, həmin sahənin ölkəmiz və ərzaq təhlükəsizliyimiz üçün nə qədər böyük önəm daşıdığının ifadəsidir. Amma iqtisadiyyatımızda turizmin payı daha sürətlə artır. Bu sahənin önə çıxma və kənd təsərrüfatı da daxil olmaqla qeyri-neft sektorunun digər sahələrinin də genişlənməsinə təkan vermə imkanları da çox böyükdür.

Ölkəmizdə turizmi mövcud potensialımız səviyyəsində inkişaf etdirməkdən ötrü Azərbaycan Respublikasının 2023–2026-cı illər üzrə turizm strategiyası var və orada 9 təməl prioritet müəyyən edilib. Bundan əlavə, 2026–2030-cu illəri əhatə edən proqram da hazırlanıb. Burada ölkəmizdə turizmi potensialımız səviyyəsində inkişaf etdirməkdən ötrü mövcud vəziyyət və əsas problemlər təhlil olunub, arzu olunan vəziyyət və qarşıda duran vəzifələr müəyyənləşdirilib, onlara nail olmağın yolları göstərilib və mövcud problemlərin həllindən gözlənilən nəticələr öz əksini tapıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olmaq üçün konkret icra mexanizmləri və fəaliyyət planı formalaşdırılıb. Yəni ölkədə turizmin inkişafını potensialımıza layiq səviyyəyə çatdırmağın yolları məlumdur. Əsas məsələ orada öz əksini tapan məqamları optimal müddətdə sistemli və davamlı şəkildə həyata keçirmək, turizmin inkişafına mane olan problemləri həll etmək və maneələri əsaslı surətdə aradan qaldırmaqdır.

Əli Məsimli xüsusi vurğulayıb ki, Azərbaycanın turizm sahəsindəki böyük imkanlarından daha dolğun və hərtərəfli istifadə etməkdən ötrü iki məsələyə daha çox diqqət ayırmaq lazımdır:

Birincisi, elə şərait yaratmaq lazımdır ki, turizm xidmətləri orta statistik azərbaycanlı üçün, yəni əhalinin xeyli hissəsi üçün əlçatan olsun, daha çox vətəndaşımız istirahət imkanı əldə etmiş olsun.

İkincisi, təkcə ölkə, yaşadığımız region və qonşu ölkələr səviyyəsində deyil, dünya səviyyəsində diqqətçəkən turizm kompleksləri yaratmaq və onların səmərəli fəaliyyətini təmin etmək lazımdır.

Əli Məsimli əlavə edib ki, bu kontekstdə turizmin arzu olunan səviyyədə inkişafına nail olmaqdan ötrü real rəqabətli mühit yaratmaq, qiymətləri optimallaşdırmaq, eləcə də onu orta statistik azərbaycanlı üçün də əlçatan etmək, xidmətin keyfiyyətini yüksəltmək, logistika sahəsində mövcud problemləri aradan qaldırmaq, ölkəmizin turizm imkanlarının, onun üstünlüklərinin, turizm məhsullarının və tədbirlərinin lazımi səviyyədə tanıtımını həyata keçirmək və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirmək lazımdır.

Bütün bunları yüksək səviyyədə reallaşdırmaqdan ötrü işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən də böyük bir kurort zonası olan Qarabağda, Şəki-Zaqatala zonasında və digər səfalı rayonlarda imkanlar daha böyükdür. Böyük Qayıdış Proqramı əsasında öz yurd-yuvalarına qayıdan bir sıra həmvətənlərimizin dediyi kimi, Qarabağa qayıdandan sonra əvvəllər müntəzəm surətdə qəbul etdikləri dərmanları qəbul etməyə ehtiyac qalmayıb. Deməli, Qarabağın havasının özü ən yaxşı dərmandır. Bu, Qarabağda dünya səviyyəsində xüsusi turizm kompleksi və rekreasiya zonası yaratmaq üçün nə qədər real imkanın olması barədə çox qiymətli və cəlbedici məlumatdır.

Eyni sözləri Şəki-Zaqatala regionunun və digər böyük turizm potensialı olan rayonlar barədə də demək olar. Milli sərvətimizin çox mühüm tərkib hissəsi kimi çoxsaylı təbiət və tarixi-mədəniyyət abidələri ilə zəngin olan, xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət kəsb edən Şəki-Zaqatala regionunun, o cümlədən Qaxda İlisu ilə yanaşı digər səfalı kəndlərin, məsələn, əsrarəngiz təbiət hadisəsi kimi ən çox ziyarət olunan Mamırlı şəlaləsinin yerləşdiyi Ləkit kəndi, 7 qədim Alban məbədinin yerləşdiyi Ləkit-Kötüklü kəndi, çox məşhur olan Sarıbaş kəndi, Qaşqaçay, Armudlu, Qum, Güllük kəndi və digər yerlərdə təkcə Azərbaycan və yerləşdiyimiz region səviyyəsində deyil, dünya səviyyəsində diqqətçəkən çoxşaxəli turizm kompleksi, o cümlədən insanların fiziki, mənəvi və əmək qabiliyyətini bərpa etməyə, gündəlik stresdən uzaqlaşmağa və həyat keyfiyyətini artırmağa xidmət edən və buna görə də dünyada çox yüksək dəyərləndirilən rekreasiya zonası yaratmaq olar. Tarixi və təbii gözəllikləri özündə birləşdirən Şəkinin Baş Göynük, Şin, Baş Layiski, Kiş kəndləri də istirahət üçün çox əlverişlidir.

Bundan ötrü hər şeydən əvvəl oralarda infrastruktur xarakterli məsələləri həll etmək, məsələn, Qaxın Ləkit-Kötüklü kəndinin 7 kilometrlik yolunun əsaslı təmiri, Sarıbaş kəndinin yol infrastrukturunun bərpası və körpü tikilməsi, Qaşqaçay kəndinə qaz çəkilməsi çox vacibdir. Eyni zamanda nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsini də vacib hesab edirik.

Əli Məsimli çıxışının sonunda bildirib ki, sözügedən istiqamətdə məqsədyönlü fəaliyyət regionlarda turizmin daha geniş miqyasda inkişafına, zəruri infrastrukturun, xidmət obyektlərinin dairəsinin, xalq sənətkarlığının, suvenir və sair istehsalının genişlənməsinə ciddi təkan vermiş olar. Ölkəmizə turizmdən gələn gəlirlərin sürətlə artmasına, ölkəyə neft gəlirlərindən əlavə yeni böyük valyuta axınının təmin olunmasına səbəb olar. Əgər nəzərə alsaq ki, turizm sahəsində açılan hər iş yeri onunla bağlı sahələrdə üç-dörd və daha çox iş yerinin açılmasına təkan verir, deməli, turizmin inkişafının multiplikativ effekti hesabına məşğulluq səviyyəsinin yüksəldilməsinə, turizm və onunla bağlı digər sahələrdə xeyli yeni iş yerlərinin açılmasına, iqtisadi fəallığın artmasına və ümumiyyətlə sosial-iqtisadi imkanların artırılmasına xüsusi impuls verə bilər ki, bu əsasda həllinin sürətləndirilməsi Azərbaycan üçün strateji, praktiki və sair cəhətdən çox mühüm əhəmiyyət kəsb etməklə aktuallığı getdikcə artan bir problemin — Bakı və bölgələr arasında fərqlərin azaldılmasında nəzərəçarpan dərəcədə müsbət nəticələr əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri