İrakli Kadaqişvili: Faciələr qorxu məqsədilə törədilsə də, müstəqillik uğrunda iradəni daha da gücləndirib
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müstəqillik heç vaxt asan əldə olunmur və xeyirxah niyyətlərlə hədiyyə edilmir.
Bu sözləri “Report”un yerli bürosuna müsahibəsində Gürcüstan parlamentinin Regional Siyasət və Özünüidarə Komitəsinin sədri İrakli Kadaqişvili söyləyib.
"Suverenliyimizin və dövlət müstəqilliyimizin əldə olunmasında həm Gürcüstanda, həm də Azərbaycanda faciəli hadisələr baş versə də, bu çətinliklər xalqlarımızın azadlıq və müstəqillik uğrundakı əzmini dayandıra bilməyib", – o vurğulayıb.
Kadaqişvili bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi anılarkən Gürcüstanda 9 Aprel faciəsinin qurbanları da Azərbaycan əsilli vətəndaşlarımız tərəfindən yad edilir:
“1989-cu il aprelin 9-da Tbilisidə və 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciələrin qurbanlarının gürcülər və azərbaycanlılar tərəfindən eyni vaxtda anılması xalqlarımız arasında dostluq və həmrəyliyin rəmzi və bariz nümunəsidir. 1989-cu il aprelin 9-da Tbilisidə 21 nəfər gürcü qardaş və bacımız həyatını itirib. Həmin faciə Gürcüstanın müstəqillik mübarizəsinin ağrılı səhifələrindən biridir. Azərbaycanın azadlıq mübarizəsinin tarixi isə 20 Yanvar faciəsi ilə əbədi olaraq yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusunun törətdiyi qırğında Gürcüstandan olan 6 nəfər Azərbaycan əsilli vətəndaşımız şəhid olub. Bu hər iki faciə xalqlarımızın müstəqillik uğrunda nə qədər böyük əzablar çəkdiyini bir daha sübut edir”.
İrakli Kadaqişvili vurğulayıb ki, müstəqillik uğrunda həyatını qurban vermiş qəhrəmanlar həm Gürcüstanın, həm də Azərbaycanın tarixi üçün müqəddəsdir:
“Biz onların xatirəsini hər zaman yaşatmalıyıq. Bu cür faciələr xalqları qorxutmaq üçün törədilsə də, əksinə, xalqlarımızın müstəqillik uğrundakı iradəsini daha da gücləndirib. Bu qəhrəmanlar bizə müstəqillik yolunda sarsılmaz bir nümunədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 20 Yanvar 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















