İrakli Kobaxidze: Cənubi Qafqazın strateji əhəmiyyəti həm regional, həm də qlobal baxımdan artıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 1 iyul, AZƏRTAC
Onilliklərdir ki, Gürcüstan ABŞ-ın sadiq, etibarlı və məsuliyyətli tərəfdaşıdır. Rəsmi Tbilisi regional təhlükəsizlik məsələləri üzrə ABŞ ilə ardıcıl əməkdaşlıq edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfirliyində Amerikanın Müstəqillik Gününə həsr olunmuş qəbulda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarına strateji prioritetlərini həyata keçirmək üçün Gürcüstanla əməkdaşlıq etmək lazım gəldikdə, Gürcüstan sadiq tərəfdaş kimi güclü dəstək ilə cavab verib və bundan sonra da verəcək.
İrakli Kobaxidze deyib: “Son hadisələr Cənubi Qafqazın strateji əhəmiyyətinin həm regional, həm də qlobal kontekstdə artdığını göstərir. Bu, unikal coğrafi mövqe, iqtisadi əhəmiyyət və geosiyasi amillərin kombinasiyası ilə əlaqədardır".
Onun sözlərinə görə, fundamental geosiyasi dəyişikliklər kontekstində Gürcüstan tərəfdaşlığın gücləndirilməsinin və rəsmiləşdirilməsinin hər iki ölkənin ortaq maraqlarına xidmət etdiyinə inanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















