Zəngəzur Koridorunun Strateji Əhəmiyyəti, Cənubi Qafqazın Gələcəyi məzmunda geniş müzakirə FOTO
Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin təşkilatçılığı ilə Zoom platformasında "Zəngəzur Koridorunun Strateji Əhəmiyyəti, Cənubi Qafqazın Gələcəyi" məzmunda geniş müzakirə keçirildi. Həmçinin, regiondakı geopolitik vəziyyət və Zəngəzur Koridorunun Azərbaycanın iqtisadi və siyasi inkişafına təsirləri müzakirə olunub.
Manset.az xəbər veir ki, tədbirdə MHP Kütahya Millətvəkili, Türkiyə-Azərbaycan Parlamentlər Arası Dostluk Qrupu üzvü Ahmet Erbaş, tibbi marketoloq Zülfiyyə Şahinqızı, siyasətçi Elvin Mahmudzadə, millət vəkili Elman Nəsirov, siyasi bilimçi, yazar Nur Tuğba Aktay, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov çıxış ediblər. Çıxışlarında Zəngəzur Koridorunun əhəmiyyətindən danışıblar.
Azərbaycan Prezidenti: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır"(07.01.2025). Çünki, bizlər də buna əminik və ermənilərin də başqa çıxış yolu yoxdur. İnanırıq ki, Zəngəzur dəhlizi sonda gerçək olacaqdır. Çünki, bu keçmiş Sovet hakimiyyəti tərəfindən Azərbaycanın iradəsi xaricində reallaşdırılmış saxta bir tarixin tələbidir, bu həm də zamanın tələbidir. O tələb ki, onun arxasında Azərbaycan Prezidentinin qətiyyətli və prinsipal mövqeyi və Azərbaycan xalqının dəmir iradəsi dayanır. Gec və ya tez, ermənilər bu qətiyyətin qarşısında əziləcəklər. Əslində, ermənilərin başında duranlar anlamırlar ki, bu bizdən çox onların özlərinə də lazımdır. Ona görə də onlar məcbur etməməlidirlər ki, Azərbaycan bir daha onlarla onların anladıqları dildə danışsın. Amma onu da unutmasınlar ki, bu dəfəki danışığın səsi "Ermənistanın" 29 may 1920-ci ildəki 9,8 min.kv.km-lik sərhədlərində eşidiləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Fevral 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















