İran ABŞ a enerji obyektlərinə zərbələr endiriləcəyi təqdirdə, cavab tədbirləri barədə xəbərdarlıq edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Trampın xəbərdarlığından sonra İran enerji obyektlərinə zərbələr endiriləcəyi təqdirdə, cavab tədbirlərinin görüləcəyini bəyan edib.
Reuters-in məlumatına görə, regionda gərginliyin artması riski xüsusilə su ehtiyatları məhdud olan Körfəz ölkələri üçün ciddi təhlükə yaradır. İranın bu ölkələrin su ehtiyatları obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıqları vəziyyəti daha da kritik edir.
Səudiyyə Ərəbistanı, Oman və BƏƏ kimi bəzi ölkələr bir neçə dəniz mənbəyindən istifadə edə bilsə də, Qətər, Bəhreyn və Küveyt kimi ölkələr yalnız Körfəz sahillərində yerləşir və alternativ su mənbələri olmadığı üçün bu cür obyektlərə hücumlara qarşı daha həssasdır.
İran ABŞ-ın infrastrukturunu, eləcə də Körfəzdə yerləşən enerji və su obyektlərini hədəf alacağı barətə bəyanatlara davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 22 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















