İran ABŞ danışıqları niyə nəticəsiz qaldı?
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, İran və ABŞ danışıqları nəticəsiz sonlandı.
Görüşün təfərrüatları dünya və Azərbaycan ictimaiyyətində müzakirə olunmaqdadır.
Bir qism məsələnin tezliklə yekunlaşacağını bildirsə də, bir qisim indan uzanacağını, daha aqressiv formaya keçəcəyini, hətta Rusiya-Ukrayna taleyi yaşayacağını da bildirir.
Məsələ ilə bağlı Real Partiyasının sədri Natiq Cəfərli Gununsesi.info-ya danışıb.
O bildirib ki, İran Çinin, bir az da Rusiyanın təsiri altındadır. Onların təsiri və təkidi ilə müharibəni dayandırmaq istəmir. Çünki Çinə də, Rusiyaya da Amerikanın orada uduzmağı sərf edir. Sözsüz ki, İsrail və Amerika vəhşicəsinə İrana hücum ediblər. Bu, beynəlxalq hüquqa ziddir. Ancaq heç İran da süddən çıxmış ağ qaşıq deyil. İran on illərdir ki, öz xalqına qarşı repressiv bir rejim, aparat qurub. Hazırda İran çox zəifləyib. Zəifləsə də, əlindəki müəyyən rıçaklara görə Çin və Rusiya istifadə etmək istəyir ki, Amerika orada bir az da batsın. İranın haqsız olduğu başqa məqamlar da var. Məsələn, Hörmüz boğazı. Məntiqlə Hörmüz İranın daxili suları da deyil. Hazırda oranın bağlı qalması müsəlman dövlətlərinə böyük zülmdür. Əgər İran Çin və Rusiyanın dəstəyinə arxlanıb Amerika ilə anlaşmaq istəmirsə, çox böyük səhv edir.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Aprel 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















