Icma.az
close
up
RU
Diplomatiya dalana dirənib: ABŞ İran danışıqları nəticəsiz qala bilər

Diplomatiya dalana dirənib: ABŞ İran danışıqları nəticəsiz qala bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ-ın İranın nüvə proqramına dair planı ölkənin əsas prinsipləri ilə tam uyğun gəlmir.

Bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bəyan edib.

O, Vaşinqtonun nüvə danışıqları çərçivəsində irəli sürdüyü təklifə qarşı çıxaraq bildirib ki, bu yanaşma İranın maraqlarına ziddir: “ABŞ kimdir ki, bizə desin nüvə proqramımız olsun, ya olmasın? Onların təklifi bizim güc prinsipimizlə tam uyğun gəlmir. ABŞ İranın nüvə fəaliyyətini zəiflədə bilməyəcək. Uranın zənginləşdirilməsi işini davam etdirəcəyik”.


Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, İranın  ABŞ-ın nüvə proqramı ilə bağlı planına sərt reaksiyası bir neçə mühüm səbəbdən qaynaqlanır:


"İlk növbədə, ABŞ-ın təklifləri İranın suverenliyi və milli təhlükəsizlik prinsiplərinə zidd hesab edilir. İran dəfələrlə vurğulayıb ki,  nüvə proqramı ölkənin milli gücünün ayrılmaz hissəsidir və heç bir xarici güc bu proqramı məhdudlaşdırmaq hüququna malik deyil. İranın birdən-birə ABŞ-a bu qədər sərt reaksiya verməsinin əsas səbəbi danışıqlarda irəliləyiş olmaması və ABŞ-ın birtərəfli tələblərlə çıxış etməsidir. ABŞ hələ də sanksiyaları aradan qaldırmadan və qarşılıqlı etimad yaratmadan, İranın nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmaq istəyir. Bu isə Tehranda güzəştə getməyə siyasi iradə qoymur və daxili auditoriyada zəiflik kimi qiymətləndirilə bilər. Bundan əlavə, ABŞ-ın İsrailə verdiyi güclü dəstək və bölgədə İranın təsirini məhdudlaşdırmaq cəhdləri də gərginliyin artmasına səbəb olur. ABŞ yalnız nüvə proqramı deyil, həm də İranın ballistik raket və müdafiə imkanlarını hədəfə alır ki, bu da Tehran üçün “qırmızı xətt”dir".


Politoloq əlavə edib ki, ABŞ-ın reaksiyası isə çox ehtimal ki, yeni sanksiyalar, diplomatik təzyiqlər və regionda hərbi mövcudluğun artırılması istiqamətində olacaq:

"Tramp Administrasiyası əvvəllər olduğu kimi, İranı iqtisadi və siyasi təzyiqlərlə güzəştə məcbur etməyə çalışacaq. Lakin ABŞ hərbi eskalasiyadan çəkinməyə üstünlük verir, çünki genişmiqyaslı müharibə nə Vaşinqtonun, nə də regionun maraqlarına uyğundur. Münasibətlərin gərginləşməsi müharibə riskini artırsa da, tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı hələlik aşağıdır. Hər iki tərəf ritorikanı sərtləşdirsə də, hazırkı mərhələdə danışıqlar üçün diplomatik kanallar açıq saxlanılır. Əgər tərəflər kompromis əldə edə bilməsə, regionda proksi müharibələr və lokal toqquşmalar ehtimalı arta bilər, lakin birbaşa ABŞ-İran müharibəsi ehtimalı hələ də azdır. İran iqtisadi və sosial baxımdan ciddi sanksiyaların təsiri altındadır və bunun aradan qaldırılması üçün əsas yol diplomatik razılaşmadır. ABŞ isə İranın nüvə proqramını və regional təsirini məhdudlaşdırmaqda israrlıdır. Bu qarşılıqlı inamsızlıq və birtərəfli tələblər danışıqların nəticəsiz qalmasına səbəb ola bilər. Nəticə etibarilə, İranın sərt mövqeyi daxili sabitlik və milli suverenlik məsələləri ilə bağlıdır. ABŞ isə öz təhlükəsizlik və regional maraqlarını qorumağa çalışır. Gərginlik davam edəcək, lakin tərəflər arasında diplomatik imkanlar tam tükənməyib. Müharibə ehtimalı az olsa da, qarşıdurmanın dərinləşməsi regionda yeni risklər yarada bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri