Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Nəticəsiz ABŞ İran danışıqları: növbəti mərhələdə nə olacaq?

Nəticəsiz ABŞ İran danışıqları: növbəti mərhələdə nə olacaq?

Bakupost saytına istinadən Icma.az xəbər verir.


İranla ABŞ arasında iki həftəlik atəşkəs elan edilməsi və Pakistanın paytaxtı İslamabadda baş tutan danışıqların hər hansı bir nəticə vermədən başa çatması istər-istəməz bundan sonra prosesin hansı istiqamətdə cərəyan edəcəyilə bağlı suallar doğurmağa başlayıb.

Bir çox ekspertlər bu müstəvidə hesab edir ki, prosesdə nəticənin olmaması vəziyyətin yenidən gərginləşməsinə rəvac verə bilər. ABŞ İran limanlarına daxil olan və oradan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayacağını bəyan edib. Bunun özü də nəticəsiz yekunlaşan danışıqlar fonunda gərginliyi daha da artırır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bakupost.az-a bildirib ki, birinci raunddakı nəbz yoxlamasının ardınca, danışıqların ikinci raundunun baş tutması ehtimalı böyükdür:

“İslamabadda tərəflər arasında keçirilən danışıqların nəticəsiz başa çatmasının atəşkəs məsələsinə hər hansı bir təsiri olmayacaq. Tərəflər aprelin 21-nə qədər olan atəşkəs dövrünə düşünürəm ki, əməl edəcəklər. Eyni zamanda, hər iki tərəf danışıqların ikinci raundunun baş tuta biləcəyilə bağlı mövqe də sərgiləyib”.

Deputat düşünür ki, növbəti raundda prosesə Avropa İttifaqı (Aİ) da qoşula bilər:

“Hətta Avropa İttifaqının da prosesə qoşulması ehtimalı var. Belədə, razılaşdırılarsa, növbəti danışıq Avropa ölkələrinin birində də baş tuta bilər. İstənilən halda tərəflər arasında bir dialoq mövcuddur. Baxmayaraq ki, razılıq əldə olunmayıb”.

Onun sözlərinə görə, danışıqların ikinci raundunda müəyyən nəticələr əldə olunacaq:

“Hesab edirəm ki, ikinci raundda müəyyən nəticələr əldə olunacaq. Hətta burada daha uzunmüddətli atəşkəsin elan ediləcəyini də ehtimal etmək olar. Çünki danışıqların nəticəsiz bitməsinə baxmayaraq hər iki tərəfdən qarşı tərəflə bağlı müsbət fikirlər səsləndirilir”.

A.Əlizadənin fikrincə, xüsusən Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti tərəfləri yenidən bir masa arxasında əyləşməyə məcbur edəcək:

“Neftin qiyməti 100 dolların üzərindədir ki, bu da ABŞ-nin özü üçün də müəyyən narahatlıq yaradır. Digər tərəfdən, Trampın Konqresin razılığını almadan 60 günlük müharibə aparmaq səlahiyyəti də bitmək üzrədir. Xüsusən də, Hörmüz boğazı ilə bağlı yaranmış gərgin vəziyyət tərəfləri yenidən danışıqlar masası arxasına oturmağa vadar edəcək. Nəticə etibarı ilə tərəflər hansısa razılığa da gələcəklər”.

Deputat qeyd edir ki, ikinci raund danışıqlar da nəticə verməsə, bu halda hərbi eskalasiyanın yenidən alovlanacağını gözləmək olar:

“Nəzərə alaq ki, İsrail də bunda maraqlıdır”.

Rüfət Sultan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri